Ətsiz sulu xingal



Ərzaqlar:



3 st ət suyu+3 st su

2 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

duz

istiot

1 x.q quru nanə

Xəmir üçün:

2 st un

1 ədəd yumurta

1/3 ç.q duz

1/2 st ilıq su

Yaymaq üçün un


Hazırlanması:

Un, duz, yumurta və suyu əlavə edib normal xəmir yoğururuq.



Xəmirdən iki kündə düzəldirik.



Kündəni un səpərək oxlovla nazik yayırıq.



Kəsici alətlə ya da bıçaqla 2x3 sm endə kəsirik.



Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Qazana soğanı töküb yağı əlavə edib az duz töküb qızılı rəngdə olanadək qovururuq.

Sonra üstünə su və ət suyunu əlavə edirik.



Su qaynamağa başlayanda kəsdiyimiz xəmiri tökürük. Qarışdırırıq. Bişənə yaxın üstünə nanə qurusu töküb qarışdırırıq. Duz və istiotunu da əlavə edirik.



Hazır sulu xəngəli sarımsaqlı qatıqla süfrəyə verə bilərsininz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (31 dekabr 2014 13:52)
Çox sağ olun. Reseptə və xoş sözlərə görə təşəkkür edirik.nuş olsun.
Elnare (31 dekabr 2014 00:39)
Bu arada saytinizi cox beyendim, hemen atdim favoriye, Allah razi olsun, cox faydalidir, eziiyyetiniz ucun cox sag olun.
Elnare (31 dekabr 2014 00:37)
Durun, menim meslehetimle bisirseniz insallah pesman olmazsiniz. Toyuq etinden sorba hazirlayin bu yemeyi icine de bismis sabalid elave edin, beh beh ela olur. Zaqatalada biz ele edirik, hele bizimkiler qus etinden yeni ya qaratoyuqdan hazirlayirlar lap lezzetli olur, canim cekdi yaaa.
Reseptaz (07 fevral 2014 20:40)
slm, saytimizin sirniyyat bolmesinde bu reseptler deqiqliyi ile var.
Oleq (07 fevral 2014 14:57)
şəkərbura və paxlava reseptlərini dəqiqliklə istərdimş

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.