Ətli lobya şorbası



Ərzaqlar:



1 st lobya

300 q ət

2 x.q əridilmiş kərə yağı

1 x.q pomidor məti

2 baş soğan

1 ədəd kök

2 ədəd pomidor

1 ədəd şirin bibər

1 balaca dəstə keşniş və şüyüd

Duz

Istiot

4 st bulyon 2 st su


Hazırlanması:

Lobyanı axşamdan islağa qoyuruq.

Əti təmizləyib yuyub suda yarımhazır olanadək bişiririk.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Şirin bibəri yuyub təmizləyib xırda doğrayırıq.



Kökü təmizləyib yuyub sürtgəcdən keçiririk.



Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.



Soğanın üstünə yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Pomidor mətini əlavə edib 2-3 dəqiqə qovururuq.



Bibəri əlavə edib 2-3 dəqiqə qovururuq.



Kökü və pomidoru əlavə edib 2-3 dəqiqə qovururuq.



Əti əlavə edib 2-3 dəqiqə qovururuq.



Ət suyunu və suyu əlavə edib bişiririk. Su qaynamağa başlayanda lobyanı tökürük.



Yeməyin kəfini yığırıq. Lobya və ət tam bişdikdə yeməyimiz hazır olacaq.Yemək hazır olmağa 10-15 dəqiqə qalmış duz və istiotunu tökürük.Şorbanı süfrəyə verdikdə keşniş ilə şüyüdü təmizləyib yuduqdan sonra xırda doğrayıb yeməyin üstünə tökürük.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reva (08 oktyabr 2015 18:06)
Salam. Nece deqiqeye biwir hazir olur. Zehmet olmasa onuda yazinda.
Reseptaz (14 yanvar 2015 21:20)
Nuş olsun.
SMZM (14 yanvar 2015 00:03)
Cox xoslayiram lobya sorbasin,amma tek lobyayla hazirlamisiq biz,etsiz,bundan sonra etle hazirlayacam,cox sag olun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.