Ətli bulğur plov



Ərzaqlar:



500 q sümüksüz qoyun ya da mal əti

2 st bulğur

3 ədəd baş soğan

1 x.q pomidor məti

3 x.q əridilmiş kərə yağı

Zövqə görə duz

4 st su(1 st ət suyu + 3 st su)


Hazırlanması:

Əti yuyub təmizləyib duzlu suda bişiririk. Qaynamağa başlayanda kəfini yığırıq.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Soğana yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Pomidor mətini əlavə edib 2-3 dəqiqə qovururuq.



Bişmiş əti suyundan çıxarıb qovrulmuş soğanın üstünə töküb 3-5 dəqiqə qovururuq.



Sonra yuyulub təmizlənmiş bulğuru ətin üstünə əlavə edib qarışdırırıq.



Ətin suyunu süzüb yeməyə əlavə edirik. Əgər ətin suyu 1 st olsa onda əlavə 3 st adi su tökürük. (Qaynadılmış) Ət suyu 1 st artıq olsa onda ona görə suyunu tökürük. Zövqə görə duzunu əlavə edib qarışdırırıq.

Vam odda yeməyi bişməyə qoyuruq. Suyu çəkiləndə plovlarda olduğu kimi qazanın altına dəmir ya da hündür setka ya da tava qoyub tavanın üstünə qoyuruq. 30 dəqiqə dəm aldıqdan sonra yeməyimiz hazır olacaq.



Yeməyimiz hazır olduqda qabayığıb isti-isti süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Bahar Əlizadə (06 may 2015 23:58)
salam tesekkurler
Reseptaz (14 yanvar 2015 21:16)
Nuş olsun.
SMZM (13 yanvar 2015 23:50)
Bisirdim bu gun,dadlidi,cox sag olun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.