Ət qutabı



Ərzaqlar:




Xəmir üçün:

3 st un

1 st su

1 ç.q duz

İç üçün:

250-300 q çəkilmiş qoyun əti

2 ədəd balaca baş soğan

1 ədəd nar

Duz istiot

Sumaq

Qızartmaq üçün əridilmiş kərə yağı


Hazırlanması:

Unu dərin bir qaba ələyib üstünə duz və ilıq suyu töküb qaşıqla qarışdırırıq.



Sonra əlimizlə normal xəmir düzəldirik.



İçliyi hazırlamaq üçün yumşaq qoyun ətini soğanla bir ət maşınından keçiririk.

Üstünə düz,istiot və zövqə görə nar ya da zirinc töküb qarışdırırıq. (şaraf turşularından da istifadə edə bilərsiniz) İçliyimiz hazırdır. (Nar dənələrini qarışdırmayıb əti yaydıqdan sonra üstünə tökə də bilərsiniz)



Xəmirdən balaca kündələr düzəldirik (40 q).



Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayırıq.



Yuxanın bir tərəfinə içlikdən qoyub yayırıq. Yuxanın o biri tərəfini qatlayıb yanlarını bərkidirik.





Tavada qızmar yağda qutabın hər iki üzünü qızardırıq.




Hazır qutabın üstünə zövqə görə sumaq və ya nar dənələri tökə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Kartof ilə pendirli siqara börəyi
Ərzaqlar: 1 paket siqara börəklik yuxa 4 ədəd suda bişirilmiş kartof 3 ədəd balaca baş soğan 100 q pendir Duz İstiot Qızartmaq üçün duru yağ
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (23 noyabr 2016 09:09)
Salam, yox siz xəmirin içinə əti az qoyduğunuz üçün bişəndə çiy olmur
Nura (22 noyabr 2016 20:37)
Eti qovursaq olar bele bisende goresen icinde et ciy qalmirki?
Reseptaz (12 sentyabr 2014 09:35)
nush olsun, tsk
nurlan (11 sentyabr 2014 13:50)
bu et qutabini eledim.cox lezzetli idi.azerbaycanin metbexi cox gozeldir.
vuska (30 avqust 2014 15:48)
qutabi yagda qizarmaqdansa quru bisirib sora usdune yag tokmek daha yaxsidi
vuska (30 avqust 2014 15:46)
yemek bisirmeyi sevirem
Reseptaz (19 avqust 2014 12:30)
Nuş olsun.
Vəfa (07 iyul 2014 14:03)
Ətli qutabı mənim ailəmdə çox sevirlər. Ancaq mən bütöv yağda qızartmıram. Əvvəlcə o üz- bu üz bişirirəm, sonra üzünə ərinmiş kərə yağı çəkirəm. Əla da alınır.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.