Eskimo tortu



Ərzaqlar:



6 ədəd yumurta

1 st şəkər tozu

1 st un

3 x.q kakao

Krem üçün:



6 ədəd yumurtanın sarısı

1 st süd

1 st şəkər tozu

1 x.q un

1/2 paket vanil

200 q kərə yağı

Qlazur üçün:



100 q kərə yağı

1/2 st şəkər tozu

3 x.q xama

4 x.q kakao

Bəzəmək üçün:

Qoz ya da fındıq ləpəsi və xırda şirin bəzəklər


Hazırlanması:

Kremi hazırlamaq üçün: Dəmlənmiş krem baxa bilərsiniz.

Qlazuru hazırlamaq üçün: Qlazur baxa bilərsiniz.

Tortun biskvitini hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb ağını mikserlə köpük olanadək çalırıq.



Şəkər tozunu əlavə edib yenə mikserlə çalırıq.



Kakaonu töküb mikserlə çalıb unu əlavə edib qaşıqla qarışdırırıq.



Qaba kağız sərib xəmiri tökürük.



180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.



Soyumuş biskvitin üstünə kremın hamısını töküb yayırıq.



Tortun yanlarını qoz, kakos ya da fındıq ləpəsini sürtgəcdən keçirib bəzəyə bilərsiniz. Biz fındıqdan istifadə edib tortun yanlarına tökmüşük.



İlıq qlazuru kremin üstünə töküb tez yayırıq.



Zövqə görə üstünü bəzəyirik. (Bəzəməsək də olar)



Hazır tortu 1-2 saat soyuducuya qoyub saxladıqdan sonra kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Lale (20 dekabr 2015 16:13)
Uzr istirem kremle xemiri qarisdirmisdim.
Lale (20 dekabr 2015 16:11)
Salam.Eskimo tortunun reseptinde sud qeyd etmisiniz.hazirlanmasinda yazmamisinzki sudu ne zaman elave etmek lazimdi cavablandirsaniz cox sad olarama
Lale (20 dekabr 2015 16:00)
Salam
esmaa (05 dekabr 2015 23:53)
Tortlarin ekseri eynidi.tekce bezemeyine gore ferqlenir.
fatima (26 iyul 2015 00:40)
Eskimo tortunu yazarduzda zexmet olmasa
Reseptaz (17 dekabr 2014 22:45)
Necə istəyirsiniz. İstəyirsiniz iki yerə bölüb kremləyin. Nuş olsun.
GULUM (17 dekabr 2014 14:37)
MARAQLI RESEPT UCUN COX TEWEKKURLER...BU BISKIVITI 2 YERE BOLUB KREMLEMEK OLMAZ?
Reseptaz (25 yanvar 2014 23:04)
Salam. Yox vurulmur.
Aynura (20 dekabr 2013 18:44)
Salam .men bilmek isteyirem bes bu torta soda ve ya kopurducu vurulmur?
Reseptaz (17 dekabr 2013 10:20)
Ekler ucun : http://resept.az/Ekler-650.html
konul (17 dekabr 2013 10:11)
men de zehmet olmasa qlazurun hazirlanma qaydasini bimek isteyirem
konul (17 dekabr 2013 10:09)
ekler sade nece hazirlanir
konul (17 dekabr 2013 10:08)
ekler resept
Reseptaz (05 dekabr 2013 09:30)
Jale xanim kagiz qoymaq daha yaxsidir, qlazur ucun de, http://resept.az/Xamali-kakaolu-pure-5465.html
gunay (04 dekabr 2013 23:00)
dadi damaginda qalsin
jale (04 dekabr 2013 18:32)
birde zehmet olmasa qlazur nece hazirlanir yazardizda.o birsi reseptde qariwiq yaziblar bawa duwmedim
jale (04 dekabr 2013 18:22)
qaba kagiz qoymuyub yaglasaq nece olar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.