Əriştə xəmiri



Ərzaqlar:

2 st un

1 ədəd yumurta

1/2 ç.q duz

1/2 st ilıq su


Hazırlanması:

Unu bir qaba ələyirik. Unun üstünə duz, yumurta və su əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.



Sonra əlimizlə normal xəmir yoğururuq.



Xəmiri iki hissəyə bölüb kündəliyirik.



Bir kündəni götürüb un səpib oxlovla yazik yuxa yayırıq.



Yuxanın üstünə çoxlu un səpirik.



Yuxanı oxlova bükürük.



Oxlovu çıxardırıq.



Bıçaqla eni 2 mm qalınlıqda kəsirik. (Əriştə adətən 2 mm endə kəsilir siz müxtəlif yeməklərdə ya ondan da nazıi ya da qalın kəsib istifadə edə bilərsiniz)



Kəsdiyimiz əriştəni unlayıb səririk.



Kəsilmiş əriştəni ya qurudub yeməklərdə istifadə də edə bilərsiniz ya da bir başa az təpidib istifadə edə bilərsiniz. Əriştəni yeməklərə tökdükdə sirkələyib ununu töküb sonra tökürük.



Nuş olsun!

OXŞAR YAZILAR
.Qaymaqlı krem 2
Ərzaqlar: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket vanil Hazırlanması: Qaymağı qaba töküb mikserlə qatı olanadək çalırıq. Sonra van
.Xamalı biskvit
Ərzaqlar: 200 q xama 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket vanil 1 paket qabartma tozu Zövqə görə xəmirə limon qabığı tökə bilərsiniz.
.Bulka xəmiri
Ərzaqlar: (35-40 bulka alınır) 200 qr kərə yağı 2,5 st süd 3 ədəd yumurta(2 sarısı üzünə) 3/4 st şəkər tozu 3/4 ç.q duz 1 paket tez maya1 paket
.Tort üçün biskvit
Ərzaqlar: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket vanil (zövqə görə) Hazırlanması: Yumurtanın sarısını ağından ayırırıq. Ağını mikse
.Qatılaşdırılmış süd ilə maskarpon kremi
Ərzaqlar: 250 q maskarpon 1/2 banka qatılaşdırılmış süd (bişmiş ya da çiy) 2 x.q şəkər kirşanı 1/2 paket vanil Hazırlanması: Maskarpon pendi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (04 fevral 2014 21:09)
Salam. Yox acımır. Təşəkkürlər.
aydan (04 fevral 2014 12:52)
salam xanim , xemir acimamalidi ?
Reseptaz (02 fevral 2014 19:36)
Salam. Düzdü elə də hazırlanır. Amma belə yumurtalı olduqda nə qədər suda bişsə də dağılmır və dən-dən durur.
sima (02 fevral 2014 14:28)
Menim nenem xemire yumurta vurmurdu,men de ele edirem.Cox zerif xemir alinir.Yumurta vuranda xemir qaldiqda dadi deyishir
Reseptaz (01 fevral 2014 19:49)
Təşəkkür edirəm.Çox sağ olun.
jale (01 fevral 2014 17:01)
mama bir az cetin formada eliyirdi amma siz chox asan wekilde bizlere öyredirsiz.choox sag olun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.