Əriştə



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:



1 st bişmiş lobya

2 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

1 ədəd yumurta

1 x.q qurudulmuş nanə

Duz

Istiot

Xəmir üçün:

1 st un

1 yumurta

1/4 ç.q duz

Su aparanadək (ilıq su)

Yuxanı yaymağa əlavə 2-3 x.q un


Hazırlanması:

Una yumurta, duz və su əlavə edib normal xəmir yoğururuq.



Bir kündə olur.



Kündəni un töküb nazik yuxa yayırıq.



Yuxanı unlayırıq.



Oxlova bükürük.





Oxlovu içindən çıxardırıq.



Bıçaq vasitəsi ilə nazik lentvari kəsirik.





Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Soğana yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.



Qovrulmuş soğanın üstünə (təqribi olaraq 3 l) su ya da bulyon əlavə edirik. Dənə alça turşularını da yuyub yeməyə əlavə edib duzunu tökürük.



Yemək qaynamağa başlayandan 5 dəqiqə sonra lobyanı tökürük. Sonra kəsdiyimiz xəmiri yeməyə tökə-tökə qarışdırırıq.



10-15 dəqiqə qaynadıqdan sonra 1 ədəd yumurtanı çalıb tökürük. Yumurtanı tökəndə yeməyi ara vermədən qarışdırın ki, yumurta topaclanmasın incə nazik olsun. Sonra nanə qurusunu əlavə edirik.Yeməyin duzuna baxıb lazım olsa, duzunu əlavə edib istiotunu tökürük.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yerkökü şorbası
Ərzaqlar: 5 ədəd kök 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q. əridilmiş kərə yağı. Duz İstiot 8 st su ya da suyun yarısı ət ya da toyuq suyu H
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Revane (30 avqust 2017 17:40)
Salam.bu yemegi lobyanin oz suyunda bisirmek lazimdi yoxsa ,atib yenisi ile?
qulya (23 fevral 2016 12:56)
salam. əriştənin dadı əvəlikdir.
Ehtiram (01 fevral 2016 18:27)
Əsil qış yeməyi
Sahil (01 dekabr 2015 19:26)
Minnetdariq
zibişka (24 oktyabr 2015 17:44)
Evvala cox sagolun tesekkur edirem bele resepteri qoyub biz xanimlara komek oldugnuza gore.Qaldi ki, bu yemeye bisirmek isteyirem ama blmirem icine yumurta vurmasam alinarmi qeşey, yumurta vursam birden neyse tam geler onnan qorxuram
Reseptaz (19 oktyabr 2015 09:37)
4 neferlik..
esli (17 oktyabr 2015 22:27)
Bu nece neferlikdi?
nermin (01 iyun 2015 14:33)
eriwtenin icine yumurta da vurulur?bilmirdim.men yumurtasiz biwirirdim
nermin (01 iyun 2015 14:33)
eriwtenin icine yumurta da vurulur?bilmirdim.men yumurtasiz biwirirdim
Reseptaz (07 yanvar 2015 21:35)
Nuş olsun. Çox sağ olun.
cinare (05 yanvar 2015 13:54)
Teswkkur edirem bisirecekdim tam bilmirdim cox sagolun Allah razi olsun
Reseptaz (21 avqust 2014 01:18)
Nuş olsun.
Arzu (30 aprel 2014 11:57)
Cox sag olun cox dadli yemekdir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.