Ərik piroqu



Ərzaqlar:



200 q kərə yağı

4/5 st şəkər tozu

3 ədəd yumurta

3,5 st un

1 paket qabartma tozu

1 paket vanil

İçlik üçün:

700 q ərik


Hazırlanması:

Yumşaq kərə yağı, vanil və şəkər tozunu qaşıqla tam qarışana qədər çalırıq.



Yumurtanı əlavə edib yenə qarışdırırıq.



Qabartma tozu və unu əlavə edib xəmiri düzəldirik.



Diametri 28 sm olan qab götürüb kərə yağı ilə yağlayıb xəmirin 2/3 hissəsini qoyub yayırıq. Xəmirin 1/3 hissəsini bəzək üçün saxlayırıq.





Əriyi yuyub tumunu çıxarıb xırda doğrayırıq.



Doğradığımız əriyi xəmirin üstünə töküb bərabər yayırıq.



Bəzək üçün saxladığımız xəmiri un vasitəsi ilə yayıb lent kimi kəsirik. (Piroqu istədiyiniz kimi bəzəyə bilərsiniz) Lentlərdən əriyin üstünə düzüb ortasına gül düzəldib piroqumuzu bəzəyirik.





180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.



Piroq ilıq olanda qabdan çıxardırıq.



Tamam soyuyanda süfrəyə verə bilərsiniz. Zövqə görə istəsəniz piroqun üstünə şəkər kirşanı səpəbilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (22 yanvar 2015 20:39)
Salam. Hər bir piroq ayrı ayrı reseptlədir. piroqların xəmiri elə hamısı eyni olmur ki?Nuş olsun.
Ramile (20 yanvar 2015 08:12)
BIRINCIDE 3.5 ST YAZMAQ ISTEMISEM
Ramile (20 yanvar 2015 08:11)
SALAM MENE BIR SEY MARAQLIDI.BU PIROQ RESEPTINDE 200QR YAGA 3.T ST, SAFTALI PIROQUNDA ISE 1.5 ST UN GEDIR.QALAN TERKIB ISE DEMEK OLAR KI EYNIDI.BUNUN SEBEBI NEDIR? BILIREM FERQLI RESEPTLERDI.AMMA HER HALDA IKISI DE PIROQ XEMIRIDI.DEYE BILERSINIZMI HANSININ XEMIRI BISENDE NECE ALINIR? EVVELCEDEN TESEKKURLER
Ayten (10 sentyabr 2014 21:50)
Tewekkur edirem.yeqin ki cox tokmuwem,lakin cox gozel cixdi:)))
Reseptaz (09 sentyabr 2014 21:58)
Gördüyünüz kimi biz hazırlayərkən xəmir parçalanmayıb.Bəlkə unu çox tökmüsünüz.
Ayten (09 sentyabr 2014 15:30)
Eledim lakin xemir parcalanirdi.deye bilersiniz nedendir?xemiri yaymaq mumkun deyildi.ele parcalanirdi.gucnen eliyib sobaya atdim.gorum sorasi nece olacaq!:(

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.