Ekler tortu



Ərzaqlar:



2 st un

2 st su

200 q kərə yağı

8 ədəd yumurta

Bir çimdik duz

Krem üçün:

1 banka qatılaşdırılmış süd

200 q kərə yağə

1 paket vanil

Araları, yanı və üstü üçün:

100-150 q qoz ləpəsi

90-100 q tünd şokolad

25 q kərə yağı


Hazırlanması:

Kremi hazırlamaq üçün əvvəlcə mikserlə yağı çalırıq sonra üstünə vanili və qatılaşdırılmış südü töküb qatılaşanadək mikserlə çalırıq. Krem hazırdır.



Qoz ləpəsini tavada qovururuq.



Sonra yarısını bıçaqla doğrayırıq.



Qazana suyu töküb bir çimdik duz tullayıb ocaqda istidirik. Sonra yağı suyun içinə qoyuruq.



Qaynamağa başlayanda unu bir dəfəyə töküb dayanmadan qarışdırırıq.

Qazı vam oda verib 2-3 dəqiqə dayanmadan qarışdırıb götürürük.

Başqa qaba töküb ilıq olmasını gözləyirik.



Xəmir ilıq olanda yumurtaları bir-bir sındırıb qaşıqla ya da mikserlə çalırıq.




Qaba kağız qoyub xəmiri dörd yerə bölüb bir hissəsini qaba töküb yayırıq. (Qabın diametri 26 sm)



190-200 dərəcə qızdırılmış sobada tam qızaranadək bişiririk. Bu şəkildə qalan üçünü də bişiririk.




Soyuduqdan sonra arasına krem çəkib doğranmış qoz ləpəsindən tökürük.



Növbəti qatları da eyni qayda ilə düzəldirik.

Qoz ləpəsinin yarısını sürtgəcin gözündən keçirib tortun yanına vururuq.

Yağ ilə şokoladı əridib tortun üstünə töküb yayıtıq. (İstədiyiniz şokaladlı qlazurlardan tökə bilərsiniz)



Tortu soyuducuya qoyuruq.1 saat sonra kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Leyla (15 aprel 2017 15:03)
Salam ressept az cox xaiw edirem tez cavab yazdiz wokaladla yagi nece eridim??birde xanim men eynile bele edirem ici ciy qalir neden olar teez cavab yazin ne olar
Reseptaz (12 aprel 2017 12:23)
Salam, xeyir şit olmur. Sobada bişməlidir, tavanı sabaya qoymağı nəzərdə tutursunuzsa bişirmə kağızı istifadə edin, folqada çox yapışacaq...
Leyla (11 aprel 2017 21:30)
Bu tortun xemirine wker tozu qatilmir wit olmr??birde ressept z alminium faga kagiz zerib tavaya biwirmek olar???
Leyla (11 aprel 2017 21:30)
Bu tortun xemirine wker tozu qatilmir wit olmr??birde ressept z alminium faga kagiz zerib tavaya biwirmek olar???
Leyla (11 aprel 2017 21:08)
Salam ressept az bu tortun dadi mece olur bilmek isteyirem
sabin (19 yanvar 2017 20:02)
Cox sag olun
Reseptaz (19 yanvar 2017 09:14)
Salam, tökə bilərsiniz.
sabin (18 yanvar 2017 14:04)
Xemire su evezine sud toksek olar ??bir fergi olar yeni dadinda ?
Ayka (10 sentyabr 2016 21:08)
cox dadlidi
Reseptaz (29 aprel 2016 23:08)
Nuş olsun
seda (29 aprel 2016 20:11)
eledim dadli cixdi
seda (29 aprel 2016 20:11)
eledim dadli cixdi
esmaa (06 dekabr 2015 00:02)
Bunu bisirecem insallah
SineMustafArin Ceceli (11 sentyabr 2015 15:01)
Resept.az men sizin reseptlerden cox istifade edirem
ve henisede qeseng alinir. Reseptlere gore size twk edirem
SineMustafaArin Ceceli (11 sentyabr 2015 14:54)
Insallah pastaniz Mustafa kadar tatli olur
s.s (25 iyun 2015 20:44)
Bu tortu dunen eledim dadindan doymaq olmur. cooxxx gozeellldiii
fffff (21 iyun 2015 05:24)
Ozum hazirlamiwam oymeli olmur
turane (10 iyun 2015 14:01)
Ekler tortu
Reseptaz (13 mart 2015 21:57)
Nuş olsun.
elmin musayev (04 mart 2015 16:36)
cox superdir ela dadi var anam bisirib axi
Reseptaz (15 fevral 2015 22:22)
Təşəkkürlər.
resad (06 fevral 2015 18:01)
bu da geseydi allah yazannan razi
Reseptaz (25 yanvar 2015 21:59)
Nuş olsun. Təşəkkürlər.
Isa israfilov (24 yanvar 2015 21:57)
Cox gozeldir
Nəzrin (24 yanvar 2015 05:24)
Çox sağolun ...elədim əla alindi..
Reseptaz (22 yanvar 2015 20:26)
Nuş olsun.
Eyvazova Kifayet (19 yanvar 2015 15:30)
ekler tortunus gorunusce cox gozeldi.Insallah bisirib dadina baxaram.Xosuma gelse fikrimi bildirerem .
leyla (18 yanvar 2015 16:28)
duz deyirsiz ele qazna bir cimdiy duz tuluyular
Reseptaz (10 yanvar 2015 17:24)
Onda üst üstə yığıb tort şəklinə salmaq çətin olacaq. Təşəkkürlər.
gulzar (08 yanvar 2015 23:16)
mənə bir şey marağlı gəldi.ekler kimi bu biskivitində içinə mətbəx şipirisi ilə krem doldurmaq olar.onsuzda eklerin içi boş olur.üstünə vurmaq əvəzinə içinə doldurum?
Reseptaz (08 yanvar 2015 22:33)
Kağız qoymasanız yapışacaq. Bərk deyəndə ekler pirojnası necədir elə olur. Üsrünə krem çıkəndə yumşalır. Normal olur.nuş olsun.
jale (08 yanvar 2015 21:36)
kagiz olmasa olar yeni yapismazkiii????
jale (08 yanvar 2015 21:15)
Salam.bes biskivit berk cixmirki???? cunki sekilden ele gorunur ki ele bil berkdir...
Reseptaz (07 yanvar 2015 22:56)
25 q lazımdır. Ya da sayıtımızın digər bölməsində qlazur resepti var ondan hazırlayıb tökə bilərsiniz.
elnare (07 yanvar 2015 22:41)
Qlazura yag ne qeder lazimolur
Reseptaz (07 yanvar 2015 21:46)
Bəli. Həm də dadlı olur. Təşəkkürlər.
NAVAL (07 yanvar 2015 18:18)
SALAM COX GOZEL GORUNUR . MEN EKLER HAZIRLAMISAM YEQIN KI BU TORTDA EKLERIN TESTASI KIMI YUMSAQ OLAR???

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.