Ekler - 2



Ərzaqlar:

Xəmiri üçün:



1 st un

1 st su

4 ədəd yumurta

100 q kərə yağı

Krem üçün:



250 q kərə yağı

1 ədəd yumurta

1 x.q un

1 x.q kartof nişastası

1,5 st süd

1 st şəkər tozu

1 paket vanil

Üstü üçün:



100 q şokolad

(ya da zövqə görə istəsəniz eklerlərin üstünə şəkər kirşanı səpə bilərsiniz.)


Hazırlanması:

Kremi hazırlamaq üçün baxın: Krem



Qazana suyu tökürük. Qaynamağa başlayan kimi kərə yağını suya əlavə edirik.



Yağ əriyib qaynamağa başlayan kimi bir dəfəyə unu töküb vam odda taxta qaşıqla tez-tez qarışdırırıq.



3-5 dəqiqə qarışdırdıqdan sonra xəmiri qazın üstündən götürürük. Başqa bir qaba tökürük.



Xəmir ilıq olanda yumurtanı tək-tək sındırıb qarışdırırıq.



Qaba kağız sərib mətbəx şprisi ilə xəmirdən eyni ölçülü formada tökürük.



180 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Ekler soyuduqda içinə krem qoyuruq. Şokoladı su hamamında əridib eklerlərin üzünə çəkirik.





Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (16 fevral 2016 09:39)
nus olsun
Leyla (16 fevral 2016 09:31)
ekler hazırladım.coox dadlı alındı.tewekkurler ...
Zeyneb (23 yanvar 2016 20:35)
Nişasta vurmasaq olar?
Reseptaz (27 avqust 2015 15:02)
Salam, Lale xanim sprisle rahar sixa bilersiniz.
Seyda xanim, kartof nisastasi daha meslehetlidir.
sag olun.
Şeyda (27 avqust 2015 12:35)
Kartof nişastasının yerinə qarğıdalı nişastası olar?
Zəhmət olmasa cavab yazın, indidən təşəkkürlər!..
Lale (10 mart 2015 21:58)
Men ele bilirdim 2lay ust uste qoyulur e.sprisi icine salsam rahat krem sixa bilecem?problem olmazki?
Reseptaz (05 fevral 2015 20:51)
Salam. Lalə xanım içinə kremi altdan ya da tandan bıçaqla kəsib qoya bilərsinuz. Ya da krem şiprisi ilə altdan ya da baş hissədən şiprisin ucuna düz ucluq taxıb doldura bilərsiniz. Nuş olsun.
Lale (04 fevral 2015 17:38)
Mende hazirlamaq isteyirem herwey aydindi 1weyden bawqa.men onu bawa duwmedim ki kremi nece qoyuruq icine.onu anlamadim.xahiw edirem cavablandirin mende niwanlim ucun biwirim.bunun gorunuwunu cox beyendim seliqelidi.onuda bilseydim ederdim.bayaq bawqa yemeye uazdigim werhle birge geldi uzr isteyirem.bunu xaiw edirem cavablandirasiz
Lale (04 fevral 2015 17:36)
Mende hazirlamaq isteyirem herwey aydindi 1weyden bawqa.men onu Mende indi biwirirem inwallah yaxwi olar.neticeni size mutleq yazacam yazacam.burada yazilanlar kimi etdim.ama elave kismisde vurdum.aydinliqla bawa saldiginiz ucun cox sagolun.Men bu saytin qonagi yox daimi sakiniyem inwallah bu defede ela cixar duwmedim ki kremi nece qoyuruq icine.onu anlamadim.xahiw edirem cavablandirin mende niwanlim ucun biwirim.bunun gorunuwunu cox beyendim seliqelidi.onuda bilseydim ederdim.xaiw edirem cavablandirasiz
Reseptaz (06 dekabr 2014 14:45)
nuş olsun.
gulzar (06 dekabr 2014 00:16)
məndə bu resept əsasında hazırladım.həqiqətən çox yaxşı alındı,aylar öncə sınamışdım bir neçə dəfə başqa bir kitabda resept əsasında alınmamışdı.Çox sağolun ki ətraflı bizlə paylaşırsız .Sadecə bir az tələsdim kremi bişirmədim ,qatılaşdırılmış südlə krem hazırladım .amma kremim xoşuma gəlmədi amma inşallah gələn dəfə sizin məsləhət bildiyiniz kremlə hazırlayac.elə məncə daha dadlı olar.sağolun
gulzar (06 dekabr 2014 00:15)
məndə bu resept əsasında hazırladım.həqiqətən çox yaxşı alındı,aylar öncə sınamışdım bir neçə dəfə başqa bir kitabda resept əsasında alınmamışdı.Çox sağolun ki ətraflı bizlə paylaşırsız .Sadecə bir az tələsdim kremi bişirmədim ,qatılaşdırılmış südlə krem hazırladım .amma kremim xoşuma gəlmədi amma inşallah gələn dəfə sizin məsləhət bildiyiniz kremlə hazırlayac.elə məncə daha dadlı olar.sağolun
Reseptaz (01 mart 2014 22:45)
kremi ya kesib icine doldururuq ya da shprisle doldururuq. kartof nishastasi olmasi meslehetlidir.
Zulya (07 fevral 2014 19:25)
Birdeki kartof nisastasi olmasa yeni sirniyat nisastasi olsa nece?
Zulya (07 fevral 2014 19:22)
Salam xanim bilmek olar kremi nece daxile yerlesdiririk zehmet deyilse yazarduz
Reseptaz (04 fevral 2014 22:34)
Təşəkkür edirik. Çox sağ olun.
seide (14 yanvar 2014 18:51)
superrrr coox beyendimmm
xedice (19 noyabr 2013 10:20)
Coxsagolun diqqetinize hore minnetdaram
Reseptaz (19 noyabr 2013 09:02)
salam, qasiqla standard forma vermek cetin olur, alinmir. calisin spritzle edin...
xedice (18 noyabr 2013 23:29)
Men metbex sipriziyle eliye bilmirem qasiglada formasi yaxsi olmur ne eliyim??
xedice (18 noyabr 2013 23:28)
Aaaa ilk 20deqiqe erzinde acmag olmaz mende 20 deqiqe icinde saxlayib qurutmusam))
xedice (18 noyabr 2013 23:27)
Indi eledim bisenen sonra 20 deqiqe sobada saxladim ama quru alindi indi neyniyim?
Reseptaz (18 noyabr 2013 23:08)
uzu qizaranda goturun..
xedice (18 noyabr 2013 22:16)
Salam ekler texmini neqeder vaxta hazir olurr??
Atira (13 noyabr 2013 13:37)
Teshekkurler ...
guka (25 oktyabr 2013 21:37)
ne gozel gorunur
leman (22 oktyabr 2013 14:07)
cox dadlidir hamisi
GUNAY IBRAHIMOVA (22 oktyabr 2013 14:06)
RESEPTE GORE TESHEKKURLER.AMMA EKLRIN BIR SIRRI DE VAR KI,BISHEN ZAMAN ILK 20 DEQIQEDE SOBANIN AGZINI ACMAQ OLMAZ,YOXSA KOPMEZ.KREMI DE SHPRIST VASITESILE BIR TERFDEN ICINE SIXMAQ LAZIMDIR

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.