Duzlu suda xiyar tutması



Ərzaqlar:



Xiyar

Acı bibər

Sarımsaq

Duz

Kərəviz (quru ya da təzə)

Şüyüd (şüyüd başı ya da təzə)


Hazırlanması:

Xiyarları yuyub təmizləyirik.

3 litirlik bankaya 3 diş sarımsaq, 2 balaca şüyüd başı, 3-4 zoğ kərəviz yarpağı, 1/3 acı bibər yığıb üstünə xiyarı yığırıq.



Qazanda su qaynadırıq. Su soyuduqdan sonra duzlu su düzəldib bankaya tökürük. 1 l bankadakı suya 3 x.q duz töküb yaxşı həll edirik. Sonra xiyarın üstünə tökürük. Duzlu suyu xiyarın üstünə çıxana qədər tökürük.



Bankaya duzlu su tökdükdən sonra ağzına qapaq qoyuruq. Bu tutma üçün istəsənəz plastmas ya da ağzı rezbalı qapaqla bağlanan banka götürə bilərsiniz. Yaxşı olar ki plastmas olsun.

3 gün müddətində tez-tez bankanı aşağı-yuxarı edib çalxalayırıq. Suyu bulanacaq. Sonrakı günlərdə suyu durulmağa başlayacaq. Suyu tamam duralanda tutmamız hazirdı, buyurub yeməklərlə yeyə bilərsiniz.

Nuş olsun!

OXŞAR YAZILAR
.Heyva mürəbbəsi
Ərzaqlar: 1 kq heyva 1 kq şəkər tozu 1,5 st su Hazırlanması: Heyvanı təmizləyib yuyub doğrayırıq. Doğranmış heyvalarıtəmiz yuyub üstünə qay
.Gilas mürəbbəsi
Ərzaqlar: 1 kq gilas 1 kq şəkər tozu 1 st su Hazırlanması: Gilası yuyub təmizləyirik. Su ilə şəkər tozunu qarışdırıb qazın üstünə qo
.Şabalıdın təmizlənməsi
Şabalıdın təmizlənməsinin ən rahat üsulu belədir: Şabalıdın baş tərəfindən aşağı doğru və altını da bıçaqla kəsirik. Burda diqqət etmək lazımdır ki, qabı
.Dondurulmuş moruq
Moruğu təmizləyib şəkildəki kimi ağzı yaxşı örtülən qablara yığıb soyuducunun buzxanasında saxlaya bilərsiniz. Belə saxlanılmış moruqdan içkilərdə və şir
.Gül kələmi turşusu
Ərzaqlar: 2 ədəd gül kələmi 1 ədəd acı bibər 1 baş sarımsaq 3-4 baş şüyüd qurusu 1 x.q kərəviz qurusu 1 ç.q reyhan qurusu Duz
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
aybeniz (24 oktyabr 2015 16:39)
bi de vedrada qoymaq istedikdede eyni eleyirik deye bilersiz ne olar tez lazimdi
aybeniz (24 oktyabr 2015 16:38)
seker tozu vurmaq lazimdimi deyir hahahaha
Cahan (29 sentyabr 2015 16:24)
Salam. Reseptlərə görə təşəkkür edirəm. İstifadə etmişəm, çox dadlı olur
nura (27 sentyabr 2015 00:56)
amma dadi yaxwidi.
nura (27 sentyabr 2015 00:54)
men eynen bele eledim.amma suyu durulmadi.mende suyun deyiwdim.yene bulanib.amma durulmag bilmir uje 1 aydi.(((
Reseptaz (20 sentyabr 2015 22:44)
bu reseptde yox lazim deyil
aynur (19 sentyabr 2015 17:03)
seker tozu vurmaq lazimdi?
Reseptaz (02 sentyabr 2015 22:29)
Təşəkkür edirik.
sona (02 sentyabr 2015 14:15)
saytdaki reseptlerinizi cox beyendim.
gunay (22 avqust 2015 18:20)
dondurulmus qirmizi moruq soyuxlamanin deymanidi onu ici quru bir qaba yigin uzerine pesox vurub qoyun dondurmaya qisda yeyin soyuqlamanin bir nom dermanidi
ayten (22 avqust 2015 14:04)
Bes duzlu xiyar tutmasini qiwliq ucun nece etmeliyem
gunay (22 avqust 2015 13:28)
sirke vuruler onda xirt-xirt olur men hemese sirke vururam
Elmira (14 avqust 2015 12:25)
Pis reseptdir.
cahit yarasig (04 iyul 2015 13:13)
ela
Reseptaz (12 noyabr 2014 22:02)
Salam. sirkə vurulmur. Resept necədir elə də hazırlasanız yaxşı alınacaq.Təşəkkürlər.
arzuq (30 oktyabr 2014 21:51)
Bəlkə sirkəsi olmadığına görə suyu bulanır mən bilən az maz da olsa sirkə olmalıdır heç olmasa 3ltr balona 1 və ya 2 xörək qaşığı sirkə vurulasa bulanma effekti olmaz
AYLIN (18 oktyabr 2014 22:11)
bunlari mende bilremmmmmmmmmmmmmmmmmmm
yenede tsk ederim
sevinc (17 oktyabr 2014 16:08)
salam,bes uksuz ve ya sirke vurulmur?
yusif (20 sentyabr 2014 20:21)
ela cox gozel
yusif (13 sentyabr 2014 14:26)
ela lezzetlidir
Reseptaz (12 sentyabr 2014 09:38)
salam, nece gundur bulaniqdir?
emine (11 sentyabr 2014 21:54)
Salam . Mən artıq bu tutmani 5 gündür etmişəm. Ilk gün suyu bulanmadi. Sonra bulandi. Indi də durulmur. Mən nə edim? Xahiw edirem məsləhət verin. Onu da deyim ki, bir az az uksus da əlavə etmiwem. Qaynanam dedi uksussuz xarab olar o.
fidan (07 sentyabr 2014 11:22)
dəfnə yarpağısız ləzzətli olmaz
Reseptaz (20 avqust 2014 20:08)
Təşəkkür edirik.
seyare (20 avqust 2014 20:06)
cox gozel tarif

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.