Düzgün qidalanmaq üçün nə lazımdır?



Qidalanma orqanizmi nəinki enerji ilə təchiz etməyə kömək edir, həm də orqanizmdəki bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur. Qidalanma mövcud olmağın zəruri şərtlərindən biridir və bizim fiziki orqanlarımızın fəaliyyətində vacibdir. Hər bir qidalanmanın əsasını təzə ərzaq məhsulları təşkil etməlidir.

Düzgün qidalanmaq üçün nə lazımdır?

Qidalanmanın düzgün olması və sizə xeyir verməsi üçün bir neçə qızıl qaydaya riayət etmək vacibdir:

1. Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul edin
2. Qidanı minimal qəbul etməklə qənaətlənin
3. Qidanı yaxşıca çeynəyin

Yeməyə maye ilə başlamaq lazımdır (su, şirə və ya kompot). Meyvə və tərəvəz də yemək olar. Belə başlanğıc sayəsində mədə artıq selikdən azad olur, mədəaltı vəzi işləməyə başlayır və iştahı bir az aşağı salır.
Sonra çörək və qarnir olmadan ət, balıq, quş və ya digər zülallı qida (göbələk, qoz-fındıq, bakliyat, süd məhsulları, pendir, yumurta və s.) qəbul olunmalıdır. Zülal təzə tərəvəz, göyərti, xiyar, pomidor, salatla yaxşı uyğunlaşır. Sonra qarnir çörəklə yeyilir. Yeməkdən saat yarım sonra şirniyyat və içkilər qəbul etmək olar.

Qidalanma necə olmalıdır?

Qidalanma imkan daxilində təbii olmalıdır. Bu o deməkdir ki, məhsulların tərkibində müxtəlif dad və boya qatışığı olan kimyəvi maddələr olmamalıdır. Fiziki-Kimyəvi proseslər (duzlama, turşuya qoyma, hisə vermə və s.) məhsulları denaturallaşdırır. İsti və ya çox soyudulmuş yeməyi qəbul etmək olmaz. Qidanın tempuraturu ilıq olmalıdır. Yeməkdən sonra hərəkət maddələr mübadiləsinə kömək edir. Yeməkdən yalnız 1.5 saat sonra idmanla məşğul olmaq olar.
Düzgün qidalanmamaq hansı xəstəliklərə səbəb olur?
Düzgün qidalanmamağın nəticəsində ürək və qan dövranı sistemində xəstəliklər, yüksək qan təzyiqi, beyinə gedən qan damarlarında xəstəliklər, diabet, qaraciyər serozu, kariyes, prostat və s. kimi xəstəliklər əmələ gəlir.

Hansı məhsullar xeyirli hesab olunur?

Düzgün hazırlanma şərti ilə aşağıdakı məhsullar xeyirli hesab olunur:
- Kəpək buğda və digər dənli bitkilərin məhsulları ballast maddələrlə zəngindir və tərkibində B və E vitaminləri var. Kəpək bağırsağın fəaliyyətinə tənzimləyici təsir göstərir.
- Kartof: nişasta ilə yanaşı, proteinlə də zəngindir. Tərkibində B və E vitaminləri, dəmir və kalium var.
- Təzə tərəvəz, lobya və meyvələr.

Bu məhsulları belə dəyərli edən onların tərkibində olan vitamin, mineral və mikroelementlərdir.
Göy-göyərti aşağı kalorili olmasına baxmayaraq xüsusilə artıq çəkidən əziyyət çəkənlər üçün çox faydalıdır.
Lobyanın tərkibində böyük miqdarda zülal, vitaminlər (xüsusiylə də, B), mineral elementlər – kalsium və fosfor var. Mikroelementlərdən isə – dəmir və mis var. Lobyanın tərkibində zülal çox olduğu üçün Vegeteryanlar onu ətin layiqli əvəzləyiçisi hesab edirlər.
Meyvənin tərkibində böyük miqdarda fruktoza olduğuna görə çox kalorilidir. Meyvənin növündan aslı olaraq tərkibi fərqli olur. Sitrus meyvələri C vitamini ilə zəngindir. Quru meyvələr həzm prosesinin pozulması zamanı faydalıdır. Meyvələri alan zaman onların xarici görünüşünü əsas götürmək lazım deyil. Görünüş cəhətdən yaxşı görünən meyvə və tərəvəzlərin tərkibində insanın sağlamlığı üçün zərərli maddələr var.
Süd məhsulları: süd, kəsmik və s. kalsium ilə zəngindir. Vitamin B12, karoten, amin turşuları süd məhsullarını bioloji cəhətdən dəyərli məhsul edir.

Düzgün qidalanma – sağlamlığın bütün istiqamətlərində özünü göstərməsidir. O istənilən yaşda enerji, sağlamlıq və gözəllikdir. Orqanizmdə tarazlılıq, sağlamlığa gətirib çıxarır bu isə düzgün qidalanmağın nəticəsidir. Düzgün qidalanma və sağlam həyat tərzi bir-birindən ayrılmaz anlayışlardır. Düzgün qidalanmağın əsas formulası – özünüzü artıq kalorilərlə yükləməyin və çoxlu hərəkət edin!

Mənbə: http://androlog.az/pitanie/kak-pravilno-pitatsya.html


OXŞAR YAZILAR
.Qarabaşağın əhəmiyyəti
Qarabaşaq (Qara darı) vacib yarmalıq bitkilərdəndir. Bu bitki əsasən dən məqsədi üçün becərilir, dəndən qiymətli və qidalı ərzaq hesab olunan qarabaşaq yarm
.Qidalara görə kalori miqdarları
Bütün qida maddələrinin kalori hesabı 100 qrama əsasən hesablanmışdır. Balıq, ət və tərəvəzlər tavada qızardıldıqda, kalori yüz faiz artır.
Qidalanma Cədvəli və Kalorilərin Ehtiyacının Hesablanması
İnsan üçün ən sağlam qidalanma şəkli, insanın cinsiyyəti, yaşı, iş həyatı  və fizioloji amillər nəzərə alınmaqla qidalanmasıdır və bu dietoloqlar tərə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Buse (16 aprel 2017 15:26)
thank you very much for information
Dəniz (12 mart 2017 20:06)
Burada yazılanlar kimidir mən etdiklərim də.
Dəniz (12 mart 2017 20:06)
Sağolun.Mən düzgün qidalanıram nə vaxtdan.Neçə il olar.....
seadet (04 yanvar 2016 16:47)
Maraqli melumata göre cox sag olun. Men coxdandi artiq calişiram DQ ile yaşayım. Şükür heleki yaxşı gedir
hummet (31 mart 2015 18:47)
nebilim
mahire (13 noyabr 2013 16:07)
maraqli salatlarin resepti

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.