Düyü qutabı



Bu qutab Azərbaycanın qədim milli şirniyyatlarının bir növüdür.

Ərzaqlar:

Xəmir üçün:



6 st un

1-2 ədəd yumurta

1/3 ç.q sarıkök

1 x.q duz

1ç.q maya

2 st ilıq su (təqribən)

Yuxaları yaymaq üçün un

İç üçün:



1 st uzun düyü

1/3 st kişmiş (zövqə görə)

2 x.q şəkər tozu(zövqə görə)

Düyünü bişirərkən suyuna tökmək üçün:

1 ç.q duz

Qızartmaq üçün:

Bitki yağı ya da əridilmiş kərə yağı

Qeyd: Yuxarıda göstərilən xəmir reseptinə görə 14 ədəd yuxa alınır. Bu içliyə görə isə 7 ədəd yuxanı kəsib bükmək olur. İstəsəniz xəmirin reseptini yarı azalda ya da içliyi iki dəfəyə artıra bilərsiniz.


Hazırlanması:

İçliyi hazırlamaq üçün kişmişi təmizləyib yuyuruq.



Düyünü təmizləyib yuyuruq.



Qaynayan suya duz töküb yuyulmuş düyünü töküb bişiririk. Düyünü adi plovlarda olan kimi bişiririk.



Düyünü süzürük. Üstünə soyuq qaynamış su tökürük. Onda düyü yapışmır.



Kişmişi düyünü və şəkər tozunu qarışdırırıq. İçliyimiz hazırdı.



Xəmiri hazırlamaq üçün bax: Qutab xəmirinin hazırlanması

Hazır yuxanı 8sm enində kəsirik.



Qutabı aşağıdakı şəkildəki kimi bükürük. (Şəkili yerdə çəkdiyimə baxmayaraq qutab əldə bülülür) Kəsdiyimiz lentin birini əlimizə alırıq.



Baş hissəbən fırladıb içəri döğru qatlayırıq.



İçinə 1 x.q dolu içlik qoyuruq.



Bir dəfə qatlayırıq.



Ağız hissədəki yuxanı üç künc kəsirik.



Kəsilmiş yuxanın uc hissəsini içəri doğru qatlayıb soxuruq.



Qutab hazırdır.



Bükülmüş qutablari qurumasın deyə qaba yığıb ağzını örtürük ya da sellofana yığıb soyuducuda saxlayırıq. Süfrəyə veriləndə tavada yağı qızdırıb hər iki üzünü qızardırıq.





Qeyd: Zövqə görə qutabların üstünə şəkər kirşanı ya da şəkər tozu səpə bilərsiniz.

Yuxaların yanlarından qalan hissələrdən xingal bişirə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (09 aprel 2015 20:49)
Salam. Yox elə də şirin olmayacaq.nuş olsun.
Ilahe (28 mart 2015 18:37)
Salam,seker tozunu vurmasaq olmazmi? eger olarsa yerine bawqa ne vurmaq olar? wirin qutablari yeye bilmirem,ona gore soruwdum,hem de terkibinde kiwmiw var,cox wirin olar deye dedim.ela alinib,tewekkurler,
Ilahe (22 mart 2015 23:53)
)))))))))))))))))))))))))))))))))
Reseptaz (22 mart 2015 23:41)
Salam. Redaktordan bölməsini oxusanız biləcəksiniz. Təşəkkürlər.
elza (20 mart 2015 18:49)
salam reseptaz sen kisisen yoxsa qiz deseniz sevinerem ne olur deyin bizde size ele itab edek de
Reseptaz (03 mart 2014 23:28)
Salam. Bişirin inanıram ki xoşunuz gələcək. Qoz rutabı ilə düyü qutabını hazır bazarda satılan nazik yuxadan da düzəldə bilərsiniz.
aska (03 mart 2014 23:23)
Təşəkkürlər!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.