Düşbərə



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar: 



(8 nəfərlik)

Xəmir üçün:

3 st un

1 yumurta

1/2 ç.q duz

Təxminən 1 st su

Yuxaları yaymaq üçün:

2-3 x.q un

İçlik üçün:

250-300 q soğanla çəkilmiş qoyun əti (250-300 qr ət ilə 1 ədəd balaca
baş soğanı maşından keçirin)

Duz

Suyu üçün:

2 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

4 l su ya da ət bulyonu

Duz (zövqə görə)

İstiot (zövqə görə)

Nanə qurusu (ya da təzə keşniş)


Hazırlanması:

Unu ələyib duz səpib yumurtanı sındırırıq və sudan töküb əvvəl qaşıqla sonra əlimizlə
qarışdırıb normal xəmir yoğururuq.





Xəmirdən 3 kündə düzəldirik.



Nazik yuxadan bir az qalın yuxa yayırıq.



2x2 sm qalınlıqda kvadratlar kəsib 2-3 q içlikdən qoyub şəkildəki kimi bükürük.









3 yuxanın üçünü də yayıb kəsib içlik qoyub bükürük.





Soğanı doğrayıb duz səpib yağda qızılı rəngdə olana qədər qızardırıq.





Qızardılmış soğanın üstünə suyu (bulyonu) əlavə edib duzunu tökürük. Su (bulyon)
qaynayanda bükdüyümüz düşbərələri tez-tez tək-tək suya tökürük. Tökdükcə
qarışdırırıq ki, bir birinə yapışmasın. Duzuna bir də baxırıq. 15-20 dəqiqə qaynadırıq.




Hazır olana yaxın nanə qurusunu əlavə edirik. Zövqə görə düşbərəni süfrəyə verəndə
yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır)





Qeyd: Əgər bulyon yoxdursa yeməyiniz daha da dadlı olmasını istəyirsinizsə, düşbərələri
tökəndən sonra hazır quru bulyondan bir ədəd ovub tokə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Soyuq qarğıdalı şorbası
Ərzaqlar: 4 st qatıq 1 st su 1/3 st bulğur 1 balaca banka konserv olunmuş qarğıdalı 2 ədəd böyük xiyar 2 x.q zeytun yağı 1 balaca d
.Cacıq
Türk mətbəxi Ərzaqlar: 4 st qatıq 8 ədəd balaca xiyar 2 x.q quru nanə 1-2 diş sarımsaq 1 st su Duz Hazırlanması: Xiyarı təm
.Qarğlıdalılı toyuq şorbası
Türk mətbəxi Ərzaqlar: 2 ədəd balaca banka konserv olunmuş qarğıdalı 1 ədəd toyuğun döş əti (ya da 1 ədəd bud dibi ilə bir) 1 ədəd baş soğan
.Xırda küftəli tel şəhriyyəli şorba
Türk mətbəxi Ərzaqlar: 300 q çəkilmiş ət 2 x.q əridilmiş kərə yağı 6 st qaynadılmış isti su 1/2 st tel şəhriyyə 2 x.q pomidor məti
.Qiyməli göy noxud
Türk mətbəxi Ərzaqlar: 250 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd kartof 2 ədəd pomidor 2 diş sarımsaq 2 x.q əridilmiş kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
MELEYKKE (22 oktyabr 2013 23:47)
MEN MERCI WORABASININ NECE HAZIRLANMASINI DAHA ETRAFLI BILMEK ISTERDIM,TEWEKKURLLEEER.
asiman (22 oktyabr 2013 23:44)
men burdaki yemeklerden,duwberenin daha dadli nece biwirmeyin qaydasin bilmek isterdim...yazsaz daha yaxwi olardi.twk



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.