Dovğa



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:



3 lt qatıq

1 ədəd yumurta

2 x.q un (dolu olmasın)

1/2 st yumru düyü

4 dəstə göyərti (1 dəstə ispanaq, 2 dəstə keşniş,

1 dəstədən az şüyüd, 1 dəstədən az nanə,)

(əgər nanə olmasa, quru nanədən də istifadə edə bilərsiniz)

Duz (zövqə görə)

Qeyd: Azərbaycan mətbəxində dovğaya zövqə görə müxtəlif göyərtilər vurulur: İspanaq, turşəng, kəvər, keşniş, şüyüd, dağ keşnişi, nanə, kərəviz, şirin bibər yarpağı, ağ cuğundur yarpağı, cincilim, tərpətöyün, sarımsaq  yarpağı, quzu qulağı və s. Bu göyərtilərə görə də dovğaların təamları müxtəlif  olur.


Hazırlanması:

Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.



Qatığa yuyulmuş düyünü, yumurtanı, unu və az duzu əlavə edib, setka qaşıqla çalırıq.
Setka qaşıqla çaldıqda qatıq yaxşı açılır.



Qatığa təxminən öz ölçüsü qədər su tökürük. Hazırladığımız ayranı qazın üstünə qoyuruq. Taxta qaşıqla qarışdırırıq.



Düyü bişəndə ayran yavaş- yavaş qaynamağa başlayanda göyərtini tökürük və qarışdırırıq.



Göyərtini tökdükdən sonra zövqə görə duzunu da əlavə edirik və  təxminən 15-20 dəqiqə də qarışdırıb götürürük. (Əgər quru nanə tökmək istəyirsinizsə onda quru nanəni göyərtini tökdükdən sonra əlavə etmək lazımdır)

(Dovğaya istəsəniz zövqə görə az kərəviz qurusu da tökə bilərsiniz. Onda daha da ləzzətli olur)





Nuş olsun!


OXŞAR YAZILAR
.Yerkökü şorbası
Ərzaqlar: 5 ədəd kök 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q. əridilmiş kərə yağı. Duz İstiot 8 st su ya da suyun yarısı ət ya da toyuq suyu H
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (01 iyul 2016 12:03)
Hər zona özünə uyğun göyərti istifadə edir hamısı da dadlı olur.
Mehbube (30 iyun 2016 18:31)
salam. ordubadda yarpizla biwirirler. o daha da lezxetli olur.
Maya (13 may 2016 17:59)
Tewekkurler
Ceyran (27 fevral 2016 21:34)
Cox gozel
Reseptaz (05 may 2015 22:11)
Təşəkkür edirik.
Nemiw (01 may 2015 14:39)
Salam,menim anam heqiqetende cox dadli dovga biwirir.anam dovgani hazir edib ocaqdan alana yaxin xirda dogranmiw goy sarimsaqda elave edir.tebii ki bu zovqe goredir.Resept az superdi.ellerinize sagliq
Reseptaz (05 fevral 2015 20:06)
Çox yaxşı. Nuş olsun.
elya (02 fevral 2015 22:46)
bunlari mənim KİÇİK QARDAŞIMDA bilir.
Reseptaz (28 yanvar 2015 22:29)
Salam. Təşəkkür edirik.
ira (25 yanvar 2015 23:04)
salam
Ilahe (06 sentyabr 2014 19:12)
Salam,dovga biwirende en sonda dag kewniwini atirlar,cunki zerif goyerti olduguna gore tez atmaq olmaz,onda tami qalmir,en sonda atanda ise dovgaya gozel etir verir.eger evde teze -korpe nane de varsa sonda ata bilersiz,men hemiwe bele biwirirem,cox da gozel alinir, NUW OLSUN )))
leyla (06 sentyabr 2014 18:54)
Bu gun dovga bisireceyik
Reseptaz (18 iyul 2014 11:28)
nush olsun
gunay (17 iyul 2014 20:57)
super :)
Leyla Hesenova (08 aprel 2014 10:04)
biz dogaya un vurmuruq. amma qeseng gorunur. Ellerinize saglık..))
Reseptaz (17 noyabr 2013 19:01)
elbetde olar., bele variantla da yaxinda vereceyik..
İlahe (17 noyabr 2013 12:21)
Noxud, kartof, ve yaxud Lobya tökmek olmaz?
Ilahe (17 noyabr 2013 12:18)
Noxud, kartof, ve yaxud Lobya tökmek olmaz?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.