Döşəməli aş - 3



Döşəməli aş Azərbaycanın milli plov növlərindən biridir.

Ərzaqlar:



4 st uzun düyü

1 ədəd toyuq

500 q təmizlənmiş şabalıd

1 ədəd baş soğan

1 st kişmiş

9-10 ədəd albuxara

9-10 ədəd qaysı

1/2 ç.q sarıkök ya da zəfəran

4 x.q əridilmiş kərə yağı

Duz

Istiot


Hazırlanması:

Təmizlənmiş şabalıdın üstünə duz səpib yağda az qovururuq.



Sonra üstünə yuyulmuş albuxaranı və qaysını əlavə edirik.



Sonra təmizlənib yuyulmuş kişmişi töküb az qovururuq.



Düyünü adi qaydada duzlu suda bişirib süzürük. Üstünə zəfəran ya da sarıkök tökürük.



Plovu dəmə qoyacağımız qazanı götürüb yağı töküb qızdırırıq. Toyuq ətini qazanın dibinə yığırıq. (Toyuğu duzlu suda bişiririk.)



Soğanın qabığını soyub nazik halqa ya da dörd bölüb doğrayırıq.



Sonra ətin üstünə doğranmış soğanı əlavə edib duz və istiot səpirik.



10 dəqiqə kimi vam odda bişiririk.Sonra üstünə süzülmüş düyünün yarısını tökürük.



Tökdüyümüz düyünün üstünə şabalıd qovurmamızı tökürük.



Qalan düyünün yarısını üstünə tökürük. Yağ əlavə edib vam odda dəm almağa qoyuruq.



Plov 1-1,5 saata dəm alacaq.Zövqə görə hazır plovu ya qaba yığıb bəzəyə bilərsiniz. Ya da qaba çevirib süfrəyə verə bilərsiniz.



Qeyd: Əgər toyuğu bişməmiş istifadə etsəniz onda plovu az vam odda 2 saata dəmdə saxlamaq lazımdır.

Nuş olsun!

OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Aysel (14 mart 2016 23:19)
Hee coox sag olun xaim mende ele fikirlewirem birde xanim zehet olmasa deyerdiniz zeferani hardan ala bilerem yaxwi zeferan isteyirem??
Reseptaz (14 mart 2016 23:15)
Suda bişirsəniz daha yaxşı olar ki dəmdə tam bişmiş olar. Birdən plov yaxşı dəm almasa əti tam bişməyəcək. Ehtilatınızı əldən verməsəniz yaxşı olar.Nuş olsun.
Reseptaz (14 mart 2016 23:10)
Təşəkkür edirəm. Biz də sizləri bayram münasiləti ilə təbrik edirik.
Aysel (14 mart 2016 23:09)
Cavan induwkadi xanim biwirib qoysam olar???
Aysel (14 mart 2016 23:07)
Coox sagolun xanim
Xedice (14 mart 2016 23:06)
Coox sag olun xanim suallarimizi cavablandirirsiniz.Allah sizden razi olsun. Novruz bayramnizda tebrik edirem.
Reseptaz (14 mart 2016 22:59)
Çox sağ olun. Sizin də mayramınız mübarəkdir. Plovu bişirdikdə çavan dişi hinduşqa götürün. Dəmə qoyduqda yaxşı bişsin deyə. Nuş olsun.
Aysel (14 mart 2016 22:55)
Coox sag olun xanim suallarimizi cavablandirirsiniz.Allah sizden razi olsun. Novruz bayramnizda tebrik edirem.
Reseptaz (14 mart 2016 22:23)
Salam. Yaxşı olar inşallah. nuş olsun.
Aysel (13 mart 2016 21:43)
Salam resept az cooox xaiw edirem sizden bayrama induwkadan plov biwirmey isteyiren nece olar sizce ne olar bir meslehet verin nece eliyim???coooox xaiw edirem deyinde onceden TWK
Aysel (13 mart 2016 21:43)
Salam resept az cooox xaiw edirem sizden bayrama induwkadan plov biwirmey isteyiren nece olar sizce ne olar bir meslehet verin nece eliyim???coooox xaiw edirem deyinde onceden TWK
Reseptaz (28 fevral 2015 22:47)
Təşəkkür edirik.
WEFEQ (27 fevral 2015 19:30)
anam bisirir cox gozel olur.nus olsun.
Reseptaz (01 yanvar 2015 22:59)
Olar. Nuş olsun.
gullu (01 yanvar 2015 15:55)
Salam.Bu asi basqa etle de bisirmek olar??
Reseptaz (20 avqust 2014 13:30)
Təşəkkür edirik.Hər kəsə nuş olsun.
Pəriş (17 iyul 2014 18:02)
Mən bunu hinduşka ətiylə hazirlayıram. o da çoox dadlı alınır.
Mehriban (07 iyun 2014 19:30)
Qebelede çox dadlı bişirirler.
Arzu (24 may 2014 11:46)
Salamlar

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.