Döşəməli aş - 2



Ərzaqlar:



500 q mal ya da qoyun əti

500 q təmizlənmiş şabalıd

4 st düyü

4 x.q əridilmiş kərə yağı

1 st kişmiş

6-7 ədəd albuxara

6-7 ədəd qaysı

3 x.q alça turşusu

3-4 ədəd baş soğan

1 ç.q sarıkök ya da zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Əvvəlcə əti doğrayıb yuyuruq. Duzlu suda bişiririk. Qaynayan kimi kəfini yığırıq bişənə yaxın duzunu tökürük. Əgər cavan quzu ətindən bişirmək istəyirsinizsə onda suda bişirməyin.



Soğanın qabığını soyub 4 bölüb doğrayırıq.



Qaba töküb duz səpib əlimizlə əzib acı suyunu çıxarırıq. Əti, turşunu, duzu və istiotu əlavə edib yaxşı qarışdırırıq. Bir gün qabaqdan hazırlasanız ət turşunu özünə çəkib dadı gözəl olacaq.Alça turşusu əvəzinə zoğal, nar və albalı turşularından istifadə edə bilərsiniz. Amma onu da qeyd edim ki, hər bir meyvə turşusunun dadına görə plovun dadı fərqli olacaq.



Şabalıdı təmizləyirik. Bax: Şabalıdın təmizlənməsi

Kişmşi, qaysını və albuxaranı təmizləyib yuyuruq.Kişmiş ilə qaysını tavada yağ töküb bişiririk.



Adi qaydada duzlu suda düyünü yarıhazır bişirib süzürük. Üstünə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.



Qazana az yağ əlavə edib qızdırırıq.

Sonra düyüdən tökürük.Yumurta ilə qatığı qarışdırıb düyünün üstünə əlavə edirik. Yaxşı qarışdırıb 1 sm qalınlıqda yayırıq.



Düyüdən az töküb bir tərəfə əti yanına da şabalıdı tökürük. Şabalıda az duz səpirik. İstəsəniz şabalıd ilə ətin üstünə qab qoya bilərsiniz. Ya da təmiz tənzifə büküb də qoya bilərsiniz. Onda qara düyüyə qarışmır.



Düyüdən qalanı üstünə tökürük. Düyüdən az saxlayıb albuxaraları da düyünün içinə bir tərəfdən yığıb üstünə tökürük.Düyünün üstünə yağ töküb vam odda dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq. Ət bişməmiş olsa, 2 saata dəm alacaq.



Düyünü təpəçik şəklində yığıb qaynar yağ töküb üstünü turşulu ət, şabalıd, kişmiş, albuxara , qaysı, qazmaq ilə bəzəyirik.



Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
seadet (26 aprel 2015 11:03)
Alca turshusu ve ümumiyyətlə hec bir turşu yoxdursa,ne ile evez etmek olar? Narsherabla olar goresen?
Reseptaz (28 fevral 2015 22:49)
Oğuzda olan bişirilmə qaydasını yazdığınız üçün təşəkkür edirik. Bir dəfə də siz hazırlayan kimi hazırlayıb qoyacagıq. Təşəkkürlər.
LeYLa (28 fevral 2015 01:36)
Bu plovu biz Oguzlular hazirlayiriq,amma duyunu 3 hisseye boluruk,1ci aq duyunu qazmaqin ustunden tokuruk,onun ustune eti ve diger plovu icinin erzaqlarini qoyduqdan sonra duyunun 2ci hissesini albuxaraliyiriq,olur qara hemin o duyunu tokuruk,onun ustunden de geride qalan 3cuhisseni tokub sarikok vururuq.Hemin albuxaralanmiw duyunun xususi dadi olur,plovu buluda cekende evvelce aq duyu,ustunden qara albuxarali duyu,onun ustunden de sarikoklu duyu,onun da ustunden plovun eti diger erzaqlar ve qazmaq qoyulur.Buludda 3rengli duyu aq,qara ve sari cox gozelgorunur.
Reseptaz (10 mart 2014 18:11)
tesekkurler, nush olsun.
ramile (08 mart 2014 15:46)
bizimde evimize qonaq gelmisdi bizdede plovun etle olan variantini istemisdi bilmirdim hardan tapim yaxsi ki bu sayt var
Menim erimde tez-tez plov isteyir mende bu sayta girib qeseng plovlar hazirlayiram
ramile (08 mart 2014 15:40)
men qeseng yemekler bisirmek isteyirem
Reseptaz (03 mart 2014 23:54)
Bu tlovun ətlə olan variantını bir xanım istəmişdi biz də bişirib qoyduq. Bizim evdə ən çox bişirilən isə toyuqla olan döşəməli aşdır. Onun da resepti sayıtımızsa vardır.Türk paxlavalarının reseptlərini də vaxt olduqcə bişirib sizlərlə bölüşəcəyik. Təşəkkürlər.
sevinc (02 mart 2014 14:34)
Salam.men bu plovu toyuqla edirem.Çox dadlı olur.Etle yememişem.Yeqin yaxşı olar.
damla (02 mart 2014 13:48)
hazirladim cox gozel men sizden turk paxlavasinin reseptini isteyirem xahis edirem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.