Cücə plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



4 st düyü

500 q toyuq əti

300 q təmizlənmiş şabalıd

7-8 alça turşusu

2/3 st kişmiş

1/3 st albalı turşusu

4 x.q əridilmiş kərə yağı

Zəfəran ya da sarıkök

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Toyuq ətini təmizləyib yuyub duzlu suda yarım hazır olanadək bişiririk.



Sonra əti sudan çıxarıb qızdırılmış tavada yağda hər tərəfini qızardırıq. Üstünə istiot səpirik.



Kişmişi, albalı turşusunu və sarı alçanı yuyub yağda ayrı ayrı qovururuq.





Qabığı təmizlənmiş şabalıdı yağda duz səpib qovururuq.



Adi qaydada suda düyünü bişirib süzürük.Süzülmüş düyünün üstünə zəfəran ya da sarıkök tökürük.



Qazanı istidib az yağ əridib düyüdən töküb yumurta ilə qatığı da çalıb tökürük.Qalınlığı 1 sm olan qazmaq düzəldirik.



Qalan düyünü qazmağın üstünə töküb dəm almağa qoyuruq.

Aş 1 saata dəm alacaq.



Aşı süfrəyə verdikdə düyünü qaba çəkib təpəcik şəklində yığıb üstünə qazmaq qoyuruq. Qızartdığımız toyuq əti, şabalıd, kişmiş,albalı turşusu, sarı alça turşusu düzüb qaynar əridilmiş yağ töküb süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (04 fevral 2014 22:51)
Salam. Əslində bu plov cücədən hazırlanır. Biz əlimizin altında olan toyuq ətindən hazırladıq.
Teyyube (11 yanvar 2014 15:30)
cox gozel hemde dadli gorsenir ama maraqlidi,niye adlanirki???
aygunka bakinka (21 dekabr 2013 18:43)
Bura lenkaraninda levengi plovun qoyumda bir zehmet
Reseptaz (16 dekabr 2013 09:30)
her birinin oz yeri var elbetde.,
aygunka bakinka (13 dekabr 2013 20:31)
Eladi ancaq,en lezzetlisi lenkaranin levengi plovudur
jale (26 noyabr 2013 00:49)
choox gözel görsenir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.