Çubuqda toyuq kotleti



Ərzaqlar:



500-600 q toyuğun döş əti

1 ç.q un

1 ədəd yumurta

1 ç.q sumax

12 ədəd balaca pomidor

2 ədəd şirin bibər

Duz

Istiot

Qızartmaq üçün duru yağ

Kotletin üstü üçün əlavə 3 x.q un


Hazırlanması:

Toyuğun döş ətini təmizləyib yuduqdan sonra balaca hissələrə bölürük.



Ət maşınından iki dəfə keçirdirik.



Ətin üstünə duz, istiot, yumurta, sumax və un əlavə edib yaxşı qarışdırırıq.



Bibəri yuyub təmizləyib dörd yerə bölüb sonra iki yerə bölürük. Pomidorları yuyuruq.



Ətdən qoz boyda yumrular düzəldib una batırırıq.



Tatavada qızdırılmış duru yağa yumruladığımız kotletləri düzürük.



Hər tərəfini qızardırıq.



Həmin tavaya pomidoru töküb üstünə az duz səpib 2-3 dəqiqə pörtürük.



Sonra bibərin də üstünə az duz səpib onu da yağda 2-3 dəqiqə pörtürük.



Bütün ərzaqlarımız hazır olduqdan sonra kotleti, pomidoru və bibəri şişlərə keçirdirik.

Uşaqlar üçün bu yemək daha maraqlı olur. Ona görə də ləzzətlə yeyirlər.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Bişirməyi sevən... (02 may 2015 20:36)
Bizdə də o çubuqdan var mütləq edəcəm maraqlıdı axı..........)))))))))))))
Reseptaz (18 aprel 2015 23:07)
Salam istəyirsiniz tökün. Nuş olsun.
mehri (18 aprel 2015 15:23)
Salam bunun icine sogani rendeden kecirib qatmaq olar pis olnaz ki? Cunki sogansiz etin dadi olmuree cavab yazsaz sevinerdim evvelceden tesekkurler isinizde ugurlar
Reseptaz (17 dekabr 2014 22:28)
Salam. Xırdavat yerlərdən ya da böyük marketlərdən.
Aysel (15 dekabr 2014 23:41)
Dadli resepte oxwayir. Bu cubuqlari hardan ala bilerem?
Reseptaz (09 sentyabr 2014 22:05)
Təşəkkür edirik.
Ilahe (07 sentyabr 2014 21:45)
Salam,bu resetde gore minnetdaram
Reseptaz (21 avqust 2014 01:31)
Nuş olsun.
mehrin (30 iyul 2014 21:10)
sox sagolun.
Reseptaz (13 iyul 2014 12:21)
tesekkurler
Fəxriyyə (12 iyul 2014 21:55)
Çox ləzzətli alındı. Təşəkkür edirəm. Səhifənizi çox bəyənirəm. İmkan olsa kabalar barədə də məlumat verərdiz. Adana kabaının hazırlanma qaydasını bilmək istərdim.
Reseptaz (02 iyun 2014 09:42)
nush olsun, tesekkurler
Gozel Uluxanova (01 iyun 2014 19:45)
buna baxanda adamin iwtahasi acili bunu biwirene halal olsunnnnnn
Zülfiyyə (01 iyun 2014 16:41)
Çubuqda toyuq kotleti çox gözəldir. Hazırlanması da çox asandır.
melek (21 may 2014 19:34)
resepte gore twk
Reseptaz (20 may 2014 20:03)
tesekkurler, nush olsun
Leyla (20 may 2014 15:26)
Yaxwi ki bu saytlar var bilmediyimizi burdan oyrenirik.Cox sagolun ellerinize sagliq.Cox dadli bir yemekdir.nuw olsun.
aysel (19 may 2014 16:34)
super ela bu saat biwirecem cox saolun twk ellerinize sagliq ))
mah (19 may 2014 12:25)
ne qeseng gorsenirler!nam-nam))
ellerinize sagliq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.