Çorat qutabı (Dəvə ətindən qutab)



Ərzaqlar:



Xəmir üçün:

3 st un

1 st ilıq su

1 ç.q duz

İç üçün:

250-300 q çəkilmiş dəvə əti

2 ədəd balaca baş soğan

1 x.q narşərab ya 1 ədəd nar

Zirinc

Duz

İstiot

Sumaq

Yağlamaq üçün əridilmiş ya da adi kərə yağı

Yuxaları yaymaq üçün əlavə un


Hazırlanması:

Unu dərin bir qaba ələyib üstünə duz və su töküb qaşıqla qarışdırırıq.



Sonra əlimizlə normal xəmir düzəldirik.



İçliyi hazırlamaq üçün əti soğanla bir ət maşınından keçiririk. Üstünə düz, istiot, narşərab və zövqə görə nar ya da zirinc töküb qarışdırırıq. İçliyimiz hazırdır.



Xəmirdən balaca kündələr düzəldirik (40 q).



Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayırıq.



Yuxanın bir tərəfinə içlikdən qoyub yayırıq. Yuxanın o biri tərəfini qatlayıb yanlarını bərkidirik.




Soba qabına kağız sərib( ya da kağızsız) yığırıq. Üstündən çəngəl ilə 5-6 yerdən düşdəkləyirik. Üzünə az yağ ya da su çəkirik.




Sobanı 170-200 dərəcədə qızdırıb qutabı bişməyə qoyuruq. Üzü qızaranda qutab hazır olacaq. Çorat qutabı təndirdə bişirildikdə daha da ləzzətli olur.



Çıxaran kimi üstünə yağ çəkib üst–üstə yığırıq. Qutabı süfrəyə verdikdə üstünə zövqə görə sumaq səpə bilərsiniz.




Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
lala (18 dekabr 2015 01:57)
bakinin yemeklerinden yoxdu
Reseptaz (12 noyabr 2014 21:56)
Salam. Coratdan maraqlanıb ala bilərsiniz.Təşəkkürlər.
Nübar (01 noyabr 2014 01:11)
Salam. Zəhmət olmasa, sualımı cavablandırardınız. Dəvə ətini hardan almaq olar? Heç təsadüf etməmişəm. Adətən, neçəyə olur? Çox maraqlıdır mənə.
Reseptaz (26 avqust 2014 00:07)
Nuş olsun.
Aynurə (25 avqust 2014 16:12)
çox sagolun, bişirdim çox dadlı alındı.təşəkkürlər.....
Zehra (25 avqust 2014 16:10)
Təşəkkür edirəm bilgilər üçün
Reseptaz (19 avqust 2014 10:00)
Salam. Reseptə görə təşəkkür edirik. Biz də hazırlayarıq. Çox sağ olun.
Lamiye (10 avqust 2014 10:46)
Eslinde men dondurma resepti vermek isteyirem.Cox asan ve dadlidi. 2yumurtanin agini beze olunca cal.uzerine yarim stekan sekeri elve et miksele cal .200 ml qaymaq ve vanil elave edib yene cal,istesez icine erinmis sokolad elave edib yene calin.Qoyun buzluga.Donandan sonar nus edin.Cox dadlidi,emin olun.
Nakos (30 iyun 2014 00:31)
twk

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.