Çoban salatı



Ərzaqlar:



2 ədəd xiyar

3 ədəd pomidor

1 ədəd şirin bibər

1 ədəd qırmızı baş soğan

1 balaca dəstə reyhan,keşniş,şüyüd

2-3 x.q zeytun yağı

Duz

Istiot


Hazırlanması:

Əvvəlcə bütün tərəvəzləri təmizləyib yuyuruq.

Soğanı 4 bölüb nazik doğrayırıq.



Pomidoru xırda doğrayırıq.



Xiyarı 4 bölüb doğrayırıq. (Zövqə görə xiyari qabığını soya da bilərsiniz ya da qabıqlı doğraya bilərsiniz)



Bibəri xırda doğrayırıq.



Göyərtiləri xırda doğrayırıq.



Bütün ərzaqları qarışdırırıq.Yağı əlavə edib zövqə görə duz və istiotunu töküb yaxşı qarışdırırıq.





Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (27 yanvar 2017 11:25)
Təşəkkürlər
xumar (25 yanvar 2017 19:04)
Salam salat cox dadlıdı teşekkürler
Mina (22 iyul 2016 17:52)
Cox sagolun. Men bu salati yagsiz xoslayiram. Bele salati basqa yemeklede yemek olar.
Reseptaz (05 may 2015 09:27)
bəli zövqə görə zeytun yağı da elavə edilir.
Zarina (04 may 2015 18:13)
Salam mən bu salatdan dəfələrcə dadmışam xüsusən də yay vaxtlarından çox asan bir salat növüdür. Tşk... Mən bu salata hərdən zeytun yağı da töküb servis edirəm onda da çooox dadlı olur. Eynən siz eləyən kimi....
tural (04 may 2015 17:25)
yaxwidi
Reseptaz (20 avqust 2014 20:16)
Nuş olsun.
Sekne (24 iyul 2014 17:34)
Salam hec kim bu salati elemeyib amma menim xalam eleyib cox gozel alinir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.