Çiyələkli tort



Ərzaqlar:

Biskvit üçün:



4 ədəd yumurta

4-5 ədəd qoz ləpəsi

25 q kərə yağı

3/4 st şəkər tozu

3/4 st un

Krem və araları üçün:



400 q mascarpone pendiri

200 q qaymaq (qatılığı qatı olsun)

4 x.q şəkər tozu

1 kq çiyələk

Şirə üçün:



1/3 st su

1/3 st şəkər tozu

Ç.q ucunda vanil


Hazırlanması:

Şirəni hazırlayaq. Şəkər tozu ilə suyu qarışdırıb qazın üstünə qoyuruq.

Şəkər əriyib qaynamağa başlayan kimi götürürük. Şirəni qoyuruq soyuyur.



Biskviti hazırlayaq. Yumurtanı mikserlə çalırıq.



Şəkər tozunu əlavə edib qatılaşana qədər çalırıq.



Ələnmiş unu az-az əlavə edib taxta qaşıqla qarışdırırıq.



Qozu bıçaqla xırda doğrayıb, xəmirə əlavə edib qarışdırırıq.



Diametri 26 sm qab götürüb hər yanını yaxşı yağlayırıq.



Xəmiri tokürük.



180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk. Bişən kimi çıxarmayın sobanı sondürün 5-10 dəqiqə içində qalsın. Sonra çıxarın.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra bıçaq vasitəsilə iki hissəyə bölürük.



Kremi hazırlayaq. Mascarpone pendirini, şəkər tozunu və qaymağı mikserlə çalırıq.

Kremimiz hazırdır.



Qaba mətbəx sellofanı sərib biskvit layının birini qoyub şirəni qaşıqla hər tərəfinə tokürük. Sonra kremləyirik.



Çiyələkləri iki bölüb qabın yanlarına yığırıq.



Ortasına çiyələkləri yan-yana düzürük.



Kremdən 2-3 x.q üst üçün saxlayıb qalan kremi çiyələklərin ütünə töküb yayırıq.



İkinci layı da qoyub kremləyirik. Tortun üstünü zövqə görə bəzəyirik.



Ən azı 4-5 saat soyuducuda qaldıqdan sonra qabdan çıxardıb süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.