Büzgülü duvak börəyi



Ərzaqlar:



2 ədəd börək yuxası

1 st süd

1/2 st duru yağ

İç üçün:

100 q ağ pendir

Zövqə görə balaca dəstə cəfəri

Üz üçün:

1 ədəd yumurta

1 x.q çörəkotu


Hazırlanması:

Yuxaları dörd yerə bölürük.



Süd ilə yağı bir qabda qarışdırırıq.



Pendiri çəngəl ilə əzib üstünə təmizlənib yuyulub xırda doğranmış cəfərini tökürüb qarışdırırıq.



Dörd yerə böldüyümüz yuxanın birini götürüb üstün süd qarışığı çəkirik. Şəkildəki kimi oxlovu uc hissədən qoyub yuxanı ortaya doğru yığırıq.





Yığdıqdan sonra ucları birləşdiririk. Üc hissəyə iç qoyub üst-üstə örtürük. Bu şəkildə hamısını düzəldirik.






Soba qabına kağız sərib yığdıqdan sonra üzünə yumurta çəkib çörəkotu səpirik.




200-210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.




Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 noyabr 2014 00:18)
Salam adi yuxa yayıb sacda təpidib soyuduqdan sonra istifadə edə bilərsiniz.
ulya (14 oktyabr 2014 10:19)
salam xanim men rusiyada yasayiram.burda borek yuxasi gormemisem.onu nece ev seraitinde hazirlamaq olar ...yoxsa bu mumkun deil??? tewekurler
Reseptaz (26 avqust 2014 00:27)
Böyük marketlərdə satılır.Təşəkkürlər.
periwka (25 avqust 2014 13:57)
Salam men bilmek isterdim ki, borek ucun yuxani hardan elde etmek olar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.