Burma börək (Türk mətbəxi)



(Türk mətbəxi)

Ərzaqlar:



6 st un

1/2 st duru yağ

2 ədəd yumurta(birinin sarısı üzünə vurulur)

2 st ilıq su

1/2 paket tez maya

1/2 ç.q duz

200 q kərə yağı

250-300 q ağ pendir

2-3 x.q süd

1 x.q çörək otu

Zövqə görə içinə cəfəri də tökə bilərsiniz.


Hazırlanması:

Kərə yağını əridirik. Pendiri çəngəllə əzirik. Ya da sürtgəcin gözündən keçiririk.

Dərin bir qabda su, maya, yumurta,yağ və duzu qarışdırırıq.



Unu az-az əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmiri 5-10 dəqiqə saxlayırıq.



Sonra xəmiri beş yerə bölüb kündəliyirik.



Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayırıq.



Yuxanı yağlayıb üstünə pendir səpirik.





İkinci yuxanı da yayıb birincinin üstünə qoyub yağlayıb pendirləyirik.



Eyni qayda ilə 3-cü və 4-cü yuxaları da hazırlayırıq.



Beşinci yuxanı yağlamırıq.



Yağlanmış yuxa qatının yandan olan hissələrini bıçaqla kəsib üstünə qoyuruq. Kvadrat şəkil alacaq.



Bir tərəfdən bükürük.



Bükdüyümüz xəmiri özü qədər üzadırıq.



Sonra iki yerə bölürük.



Yenə birini götürüb özü qədər uzadırıq.



Sonra əlimiz ilə bururuq.



Burulmuş yuxanı üç barmaq enində kəsirik.

Kəsdiyimiz yağlı xəmirləri yağlanmış qaba yığırıq.



Üzünə yumurta sarısı ilə südü qarışdırıb sürtüb çörəkoru səpirik.



180 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.







Nuş olsun!


OXŞAR YAZILAR
.Kartof ilə pendirli siqara börəyi
Ərzaqlar: 1 paket siqara börəklik yuxa 4 ədəd suda bişirilmiş kartof 3 ədəd balaca baş soğan 100 q pendir Duz İstiot Qızartmaq üçün duru yağ
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Sevinc (12 mart 2017 15:00)
Cox sag olun.
Reseptaz (24 iyun 2015 11:33)
salam, tez maya xemiri tez acidir..
sumqayit (23 iyun 2015 23:26)
SALAM TESEKKUR ADİ MAYADAN FERQİ NEDİR
Reseptaz (23 iyun 2015 17:20)
salam, tez maya boyuk marketlerde olur, paket ozu 10 gr. olur.
sumqayit (23 iyun 2015 16:49)
Harda satilir
sumqayit (23 iyun 2015 16:49)
SALAM 1/2PAKET TEZ MAYA NE QEDER MAYADİ QASİQNAN
sumqayit (23 iyun 2015 15:33)
SALAM 1/2PAKET TEZ MAYA NE QEDER MAYADİ QASİQNAN
Nilay (13 may 2015 01:22)
Salam çox gözəl görünür əllərinizə sağlıq...
Reseptaz (12 noyabr 2014 22:07)
Xoş sözlərə görə çox sağ olun. Nuş olsun.
Ulviyyə (28 oktyabr 2014 16:24)
Mən bu börəkdən bişirdim.qəşəng də alındı.Mən sizin reseptlərdən həmişə istfadə edirəm..Bunun uçun sizə öz minnətdarlığımı bildirirəm......
mahire (06 sentyabr 2014 21:47)
sirniyat
Reseptaz (29 avqust 2014 23:01)
Salam. Dadı da ləzzətlidir.Təşəkkürlər.
Boqinya (Ilahe) (29 avqust 2014 17:46)
Hayda....yaman uzun prosesdi,ama gorunuwune soz ola bilmez.
Reseptaz (19 avqust 2014 12:35)
Vaxt olduqca hazırlayıb yerləşdirməyə çalışacağıq.
Azize (15 may 2014 22:12)
axsaminiz xeyir. turk sirinyyatlarindanda paylasimlar edinde zehmet olmasa
Reseptaz (06 may 2014 09:30)
nush olsun
iləna səva (06 may 2014 09:12)
biz bu resepti cox bəyəndik ccccccooooxxxxx gozəl
aysel gunel (06 may 2014 09:09)
bu resept coooooooxxxxx bəyəndim

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.