Bulğur şorbası



Ərzaqlar:



1 st bulğur

2 ədəd pomidor

2 ədəd şirin bibər

1 ədəd soğan

2 x.q əridilmiş kərə yağı

1 ç.q pomidor məti (tomat)

1 ç.q nanə qurusu

Duz

Istiot

6 st su (2 st ət suyu və 4 st adi su götürə bilərsiniz. Ət suyu ilə daha dadlı olur)


Hazırlanması:

Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.



Soğana yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.



Şirin bibəri təmizləyib yuyub xırda doğrayırıq.



Pomidor ilə bibəri qovrulmuş soğanın üstünə əlavə edirik.



2-3 dəqiqə keçdikdən sonra pomidor mətini də əlavə edib 2-3 dəqiqə qovururuq.



Bulğuru yuyub yeməyə əlavə edib 5-6 dəqiqə qovururuq.



Sonra ət suyunu və suyu əlavə edib bişiririk. Bulğur tam bişdikdə yemək hazır olacaq.



Yemək qaynayanda kəfini yığırıq. Yeməyin bişməyinə 10-15 dəqiqə qalmış quru nanəni əlavə edirik. Zövqə görə duz və istiotunu da əlavə edirik.



Yeməyimiz hazırdır.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
guler (01 iyul 2015 18:55)
cox gozel oldu
Reseptaz (14 yanvar 2015 21:19)
Siz də hazırlayıb şəklini və reseptini göndərsəniz sayta yerləşdirərdik. Təşıkkürlər.
SMZM (14 yanvar 2015 00:00)
Bulgur bizde yarmadi,de.Bilmirem siz bilirsiz ya yox,Naxcivanda bu hazirlanir yarma supu kimi,amma ferqli hazirlanir,biz bunun icine erik,alca qurusu,eleyiz de tokuruk,cox lezzetli olur.Cox sag olun.
Reseptaz (30 iyun 2014 15:53)
Cox sag olun, insh. nezere alariq..
Lalə (30 iyun 2014 14:18)
Sizə iş öyrədirmiş kimi olmayım ama, sayta yeməklər haqqında müxtəlif sorğular qoysanız əla olar. Biz də sizin sorğularınızı cavablayarıq və beləliklə yemək haqqında biliklərimiz sizin sayənizdə artar.
Reseptaz (29 iyun 2014 16:21)
Beli olar Nezrin Xanım.
nezrin (29 iyun 2014 13:14)
Bulqur xırda bulgur olsa olar?zehmet olmasa cvb yazında
aska (11 aprel 2014 15:26)
Ilk defedi ki, gorurem -hazirlayacam mutleq-tarif ucun tesekkurler!
rena (28 oktyabr 2013 00:34)
Men menevi qida aliram.mene krucokla toxuma salfetleri gonderin

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.