Bülbül yuvası



Ərzaqlar:



(diametri 28 sm iki qablıq ölçülər)

Xəmir üçün:

1/2 st duru yağ

1/2 st qatıq ya da süd

1 ədəd yumurta

1/2 paket qabartma tozu

1 ç.q limon suyu ya da sirkə

3 st un

Yaymaq üçün:

1 st buğda nişastası

1/2 st un

Yağlamaq üçün:

250-300 q kərə yağı

1/4 st duru yağ

İçlik üçün:

350-400 q qoz ya da findiq ləpəsi

Şərbət üçün:

4 st şəkər tozu

2 st su

1 dilim limon


Hazırlanması:

Xəmir üçün olan ərzaqları qarışdırıb üstünə unu əlavə edib yumşaq xəmir yoğururuq.





Xəmiri 15-20 dəqiqə saxlayırıq. Sonra 12 yerə bölüb kündəliyirik.



Un ilə nişastanı qarışdırıb kündələri yaymaqda istifadə edirik. Kündənin birini götürüb qarışıqdan istifadə edib oxlovla nazik yuxa yayırıq.





Yayılmış nazik yuxanın üstünə qoz ya da fındıq ləpəsinin çəkilmişindən töküb yayırıq.



Yuxanı dörd yerə bölüb birini oxlovla büküb sıxıb oxlovdan çıxarıb bururuq. Qalan üçünü də bu şəkildə bükürük.









Bu qayda ilə hamısını hazırlayıb soba qabına yığırıq.



Bu qabın ölçüləri ilə iki belə qab alınacaq. Qalan kündələri yayıb qoz səpib dörd bölüb büküb bu şəkildə düzəldib ikinci qaba yığırıq. Hər ikisi hazır olduqdan sonra. Kərə yağını əridib duru yağ ilə qarışdırırıq. Sonra ilıq olanda yağı iki yerə bölüb hər qaba tökürük.



Bişənə qədər şərbəti hazırlayırıq. Suya şəkər tozunu əlavə edib qaynadırıq. Limon suyunu da əlavə edib yenidən 5-10 dəqiqə qaynadıb götürürük.Şərbət nə duru nə də çox qatı olmalı deyil.



180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.İsti-isti sobadan çıxaran kimi isti şərbəti üstünə tökürük.



Şərbəti özünə çəkib hazır olanda süfrəyə veririk.Yaxşı olar ki axşamdan bişirəsiniz sabahı süfrəyə verəsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (15 yanvar 2016 09:30)
salam, beli duzdur
Nana (14 yanvar 2016 22:49)
Burda yazmisiz her ikisi isti halda werbeti tok. Bu duzdur?
Reseptaz (26 avqust 2014 00:33)
Təşəkkür edirik.
seid (24 avqust 2014 14:36)
Eladi cox xowladim
Reseptaz (17 avqust 2014 19:08)
Salam. Hansı qabda istəsəniz bişirə bilərsiniz.Amma bir az dərin olsa yaxşıdır ki bişdikdən sonra şərbət tökəcəksiniz. Yuxaları çox nazik yaysanız əla olacaq. Nuş olsun.
Çinarə (16 may 2014 00:33)
AAA nə maraqlıdır,ilk dəfədir ki belə birşey görürəm mütləq hazırlayacam.Ələrinizə sağlıq
Azize (14 may 2014 15:22)
soba listinde bisirmek olarda ?
Toma (10 may 2014 21:49)
cox gozel beyendim
Toma (10 may 2014 21:48)
cox gozel beyendim
aysel şahkərimli (09 may 2014 14:10)
çox gözəldi bəyəndim demək olarki
mirvari (09 may 2014 14:08)
çox gözəldi halal olsun qızımın ad gününə bişirəcəyəm reseptə görə təşəkkürlər
Murad (06 may 2014 20:46)
2 Almanın qabığını 1-2 stakan sudan 5 dəqiqə qaynadıb içmək
Reseptaz (26 aprel 2014 11:33)
Gullu xanim, bu resept bugda nisastasi ile olur ancaq..
Reseptaz (26 aprel 2014 11:33)
cox sag olun, tesekkurler.
GULLU (25 aprel 2014 19:46)
Salam, bugda nisastasini qargidali nisastasi ile evez etsek olarmi, dadinda bir deyisiklik olmazki?
kön (25 aprel 2014 18:18)
Əməyi kecən hər kəsə cox sagol deyirəm. Sayənizdə çoxlu, yeni ve gözə yemək reseptləri öyrənirik. Bu sayt artiq mənim ən sevimli saytma çevrilib. Mutləq hər gün açıb nə yeniliklər olduğuna baxiram və bir cox yeməkləri tətbiq eləyirəm. Nə yaxşı ki,varsınız. Haqqınızı halal eləyin!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.