Buğlama - 6



Ərzaqlar:



1 kq ət (dana ya da quzu)

3 ədəd pomidor

2 ədəd baş soğan

1 ədəd şirin bibər

7-8 ədəd alça turşusu

Duz


Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.



Şirin bibəri yuyub halqa ya da uzunsov doğrayırıq.



Pomidorun qabığını soyub halqa doğrayırıq.



Birinci əti yuyub qazanın içinə düzürük.



Sonra doğranmış soğanı tökürük.



Alça turşusunu yuyub soğanın üstündən qoyuruq.



Doğranmış bibəri tökürük.



Halqa doğradığımız pomidoru düzürük.



Üstünə 1/2 st su töküb duz əlavə edib vam odda 2-2,5 saata bişiririk. Hazır olanda yağa düşəcək az suyu qalacaq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (21 may 2014 17:49)
salam, yagli et oldugu ucun, yag vurmayin, eger yagsizsa bir miqdar elave edin..
Efsane (18 may 2014 12:14)
Bu yemeye yag vurulmur?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.