Buğlama-2



Ərzaqlar:



700 q qoyun əti

5 ədəd pomidor

3 ədəd şirin bibər

6 ədəd orta baş soğan

3-4 diş sarımsaq

1 st su

Duz

Istiot


Hazırlanması:

Əti doğrayıb yuyuruq. Bütün tərəvəzləri təmizləyib yuyuruq.



Soğanı iki bölüb uzununa nazik doğrayırıq.



Ətə duz və istiot vurub qarışdırırıq.



Doğradığımız soğanı ətin üstünə əlavə edib az duz da səpib qarışdırırıq.



Pomidorun qabığını soyub halqa doğrayırıq.



Sarımsağı xırda doğrayırıq.



Bibəri nazik uzun doğrayırıq.



Qazana soğanlı əti tökürük.



Üstünə sarımsağı əlavə edirik.



Onun üstünə bibəri tökürük.



Pomidorları düzürük.



Duz və istiot səpirik. 1 st soyuq su əlavə edib vam odda 2-2,5 saata bişiririk. Yeməyin suyu az qalanda hazır olacaq.



Buğlamanı qaba yığıb isti-isti süfrəyə veririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (28 mart 2014 22:49)
Nuş olsun.
sevinc (27 fevral 2014 22:43)
Salam.Kartof kotleti dadlı görünür.Sabaha hazırlalaram inş
Reseptaz (22 fevral 2014 12:50)
Təşəkkür edirik.Xahiş edirik xoşagəlməz şərhlər yazmayın.
RUM (22 fevral 2014 11:32)
Chox dadli gorsenir ellerinize saglik. Demek olarki hefdede uch defe burda olan yemeklerden hazirlayiram evde chox xoshlayaraq yeyilir...
Reseptaz (20 fevral 2014 23:58)
Təşəkkür edirik. Turşulu növü də var. Zövqə görə istəsəniz əlavə edə bilərsiniz.
sevinc (20 fevral 2014 11:30)
Cox gozel saytdir.Ellerinize sagliq!
sevinc (19 fevral 2014 21:42)
Turşu da qatmaq olar

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.