Boz qovurma



Ərzaqlar:



500 q qoyun əti

3 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

1/2 ç.q zəfəran

Keşniş, şüyüd

Duz


Hazırlanması:

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.



Qoyun ətini balaca ölçüdə doğrayırıq. Əti duzlayırıq.



Yağda qovururuq.



Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Soğana yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.



Qovrulmuş ətin üstünə soğanı əlavə edib zəfəran suyunu töküb vam odda yağa düşənə qədər bişiririk. Suyu tez çəkilsə ət bişməsə əlavə su tökə bilərsiniz.Yemək hazır olanda suyu olmamalıdır.



Hazır yeməyi süfrəyə verdikdə üstünə keşniş ilə şüyüdü təmizləyib yuyub xırda doğrayıb tökürük.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (28 iyun 2015 17:47)
Ela bunun yaninda duyu ile plov ve kartofda yaxwi geder

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.