Böyürtkənli mannalı pudinq



Ərzaqlar:



1 l süd

1/2 st şəkər tozu

50 q kərə yağı

15-20 q kərə yağı qabı yağlamaq üçün

3/4 st manna yarması

3 ədəd yumurta

1 ədəd limon

1,5 st böyürtkən ya da moruq


Hazırlanması:

Limonu yuyub sürtgəcin gözündən qabığını keçiririk.



Qazana südü, mannını, şəkər tozunu, yağı və limon qabığını töküb qarışdırırıq.



Qazın üstünə qoyub qatılaşıb qaynayana kimi bişiririk.



Mannı qarışığını qoyuruq soyuyur.



Yumurtanın sarısını mikserlə çalırıq. Çalınmış yumurta sarısını ilıq mannı qarışığına əlavə edib mikserlə çalırıq.



Sonra yumurta ağını bərkiyənədək çalırıq.



Yumurta ağını az-az qarışığa əlav edib qaşıqla qarışdırırıq.



Qabı yağlayırıq.



Qarışığı qaba töküb yayırıq.



Təmizlənim yuyulub suyu süzülmüş böyürtkəni üzünə tökürük.



180 dərəcə qızdırılmış sobada 35 dəqiqəyə bişiririk.





Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
jasmin (01 iyun 2014 13:39)
boyurtkenli umumiyyetle meyveni xoslayiram amma meyvele nese yiye bilmirem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.