Borş



Ərzaqlar:



500-700 q sümüklü ət

3-4 x.q əridilmiş kərə yağı

500 q kələm

3 ədəd kartof

2 ədəd kök

2 ədəd baş soğan

1 ədəd qırmızı çuğundur

1 dəstə cəfəri

4-5 ədəd dəfinə yarpağı

Duz

Istiot


Hazırlanması:

Tərəvəzləri təmizləyib yuyuruq. Kartofu 2-4 bölürük.



Kök ilə qırmızı çuğunduru setgəcdən keçiririk. Soğanı xırda doğrayırıq.

Kələmi xırda doğrayırıq.



Cəfərini xırda doğrayırıq.



Sümüklü əti təmizləyib yuyub suda bişməyə qoyuruq. Qaynamağa başlayanda kəfini ylğlrlq. Suyuna normal ölçüdə duz tökürük. Ət olanadək bişiririk. Sonra əti sudan çıxarıb suyunu süzüb yenidən qazana tökürük. Əti də suyuna əlavə edirik.



Su az olsa əlavə su tökməlisiniz. Qazanda 10-12 st maye olmalıdır. Su qaynamağa başladıqda içinə kartofu və kələmi tökürük. Kartof bişənədək yemək qaynayacaq.



Yan tərəfdə isə bu müddət ərzində soğanı yağda qovururuq.



Sonra üstünə çuğundur ilə kökü əlavə edib 10 dəqiqə qovururuq.



Üstünə pomidor mətini (tomat) əlavə edib 5-10 dəqiqə kimi yenə qovururuq. Zövqə görə duz və istiotunu tökürük.



Kartof bişdikdə yağda qovurduğumuz tərəvəzləri yeməyə əlavə edirik. Dəfinə yarpağını da tökürük. Çəfərini də tökürük. Yeməyin duzuna bir daha baxıb zövqə görə duzunu əlavə edirik.



Yemək 10-15 dəqiqə bişdikdən sonra ocaqdan alırıq.



Yeməyi isti-isti süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 oktyabr 2016 09:49)
Çox sağ olun.
nigarnihad (16 oktyabr 2016 12:07)
sagolun ki bele reseptler verirsiz
nigarnihad (16 oktyabr 2016 12:06)
ELA alindi
Gunel (06 sentyabr 2016 11:48)
Salam Resept.az.choox sagolun.Allah razi olsun sizden gozel praktik yemek reseptleri uchun.
Reseptaz (21 yanvar 2016 09:37)
cox sag olun
Sevinc (19 yanvar 2016 21:32)
Ela resepti. Mende bele hazirlayiram. Cox saqolunki evdar xanimlari mariflendirirsiz. Bilmeyenler oyrenir.
Reseptaz (28 fevral 2015 22:55)
Təşəkkür edirik.
aydan (28 fevral 2015 18:36)
cox saqolun ki yaxwi reseptler verisiniz
Reseptaz (26 fevral 2015 22:08)
Salam. Nuş olsun.
SMZM (26 fevral 2015 01:20)
Salam,biz borsu bisirende kelemi soganla,tomatla,kok,cugundurla birge yagda qovurub sonra suyunu tokuruk,cox dadli olur,cox sag olun.
Reseptaz (13 noyabr 2014 00:09)
Təşəkkür edirik.
Narinc (18 oktyabr 2014 16:34)
Eger borwunuzun qirmizi alinmasini isteyirsinizse onda cugunduru suzgecden kecirib uzerine 1 cay qawigi sirke tokub 5 deqiqe saxlamaq lazimdir.
Narinc (18 oktyabr 2014 16:31)
Salam,biz borw biwirende etden istifade edirikse cugundurdan istifade etmirik,cunki etin dadini itirir,
bexti (10 oktyabr 2014 22:17)
yemek resebt

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.