Barbi tortu



Ərzaqlar:



Biskvit üçün:

10 ədəd yumurta

2 st şəkər tozu

6 x.q dolu un

6 x. q dolu kartof nişastası

1 ədəd limon

Krem üçün:

1 banka qatılaşdırılmış süd

250 q kərə yağı

1/2 paket vanil

Bəzək üçün:

Kren üçün rəng

Xırda müxtəlif şirin bəzəklər


Hazırlanması:

Kremi hazırlamaq üçün əvvəlcə kərə yağını mikserlə çalırıq.

Sonra vanil və qatılaşdırılmış südü əlavə edib bərkiyənə qədər mikserlə çalırıq. Kremimiz hazırdır.

Tort üçün biskvitləri iki ayrı-ayrı qablarda bişiririk.

Hər qab üçün: 5 ədəd yumurta, 1 st şəkər tozu, 3 x.q dolu un, 3 x. q dolu kartof nişastası,1/2 ədəd limon

Tortun biskvitini hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb ağını mikserlə köpük olanadək çalırıq.





Şəkər tozunu əlavə edib yenə mikserlə çalırıq.Sonra yumurta sarılarını bir-bir əlavə edib yenə çalırıq.



Kartof nişastasını və unu əlavə edib qaşıqla qarışdırırıq.



Limonu sürtgəcin kiçik gözündən keçirib xəmirə əlavə edirik.



Qaba kağız sərib ya da yaxşı yağlayıb xəmiri tökürük.





180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.



İkinci qab üçün də eyni qaydada hazırlayıb töküb bişiririk.







İlıq olanda qablardan çıxardırıq.



Tamam soyuduqda hər ikisini iki hissəyə bölürük.





Əvvəlcə dairə şəklində olanları digərinin diametrinə uyğun yanlarını kəsirik və üst–üstə qoyub arasını kremləyirik.

Sonra içi boş olan biskvitləri qoyub kremləyirik. Kuklanın alt hissəskini sellofana büküb içinə yerləşdiririk. Yandan çıxan biskvitləri kuklanın yanlarına yerləşdirib düzəldirik.



İstəsəniz üz hissəni kremləyib sonra bəzəyə bilərsiniz. Ya da elə krem çəkmədən mətbəx şprisi ilə gül bəzəyi vura bilərsiniz.

Kremin qalan hissəsinə rəng qatıb qarışdırdıqdan sonra şpris vasirəsi ilə bəzəyirik.



Arzuya görə üstünə bəzəklər səpirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (27 sentyabr 2016 13:53)
Çox sağ olun.
aytac (27 sentyabr 2016 12:55)
Coxxx superdi mende hazirlayacam ....tewekkurler resept ucun
Reseptaz (03 fevral 2016 09:38)
salam, nişasta demək olar bütün supermarketlərdə olur. qabartma tozu vura bilərsiniz, bu xəmir qabartma tozsuz da yaxsi gelir.
Nezrin (02 fevral 2016 01:58)
Birdə mən qabartma tozu istifadə edirəm ancaq sizin reseptinizdəyoxdu vurmalıyam yoxsa yox cavablandırsaz çox sevinərəm
Nezrin (02 fevral 2016 01:55)
Kartof nişastasıvurmalıyam mütləq yoxsa vurmasam olar?
Nezrin (02 fevral 2016 01:53)
Bəli ancaq bir kartof nişastası vurmuram kartof nişastasınhardan ala bilərəm
Reseptaz (01 fevral 2016 21:24)
bizim qayda ile bisirirsiniz?
Nezrin (01 fevral 2016 17:45)
Xaiş edirəm cavab yazın
Nezrin (01 fevral 2016 17:23)
Mən içi boş keks bişirirəm ancaqqabdan çıxmır yapışır parçalanır mən nə edə bilərəmki bütöv çıxsın qabdan
Nezrin (01 fevral 2016 17:16)
Salam
ulker (08 yanvar 2016 14:18)
Cox sagolun
Reseptaz (08 yanvar 2016 14:17)
salam yox vurulmur
ulker (08 yanvar 2016 14:10)
Bu torta kabartma tozu vurulmir?
sebis (12 dekabr 2015 16:43)
gozel
sebis (12 dekabr 2015 16:42)
elleriniz derd gormesin coxxx gorunur
sirniyat ustasi (04 dekabr 2015 17:12)
bu usaQ oyuncagidir
Reseptaz (09 aprel 2015 21:09)
Nuş olsun. Təbrik edirik. Böyük qız olsun.
SMZM (26 mart 2015 14:47)
Salam,hazirladim qizimin ad gunune,cox gozel.alindi,gorunusu de,dadi da.
Reseptaz (19 fevral 2015 22:45)
Salam. Rəng olaraq kakaonu məsləhət görərdim ağ ilə kakaolu bəzəyə bilərsiniz. Hazır rənglər alsanız yaxşı olardı. Nuş olsun.
gulnar (17 fevral 2015 19:42)
Salam ellerinize sağliq gözeldi. Menim qizimda ad gününde bele barbi isdeyir. Men rasiyyada yaşayiram. Uşaqlarim balaca olduğu üçün neqliyatdan isdifade etmirem yaxinliğimizdaki maqazalarda reng tapa bilmirem kreme reng vermek üçün neden istifade etmek olar. Xaiş edirem cavablandirasiz. Evvelceden teşekkürler.
SMZM (16 fevral 2015 06:42)
Cox sag olun,hem reseptler ucun,hem de deyerli meslehetlerinuz ucun
Reseptaz (15 fevral 2015 22:26)
Çaldığınız zaman alınmırsa onda soyuducuda 15 dəqiqə saxlayıb yenə çalın. Onda qatılaşacaq.
SMZM (06 fevral 2015 22:47)
Salam,cox xosuma gelir baxanda,qizimin ad gununde hazirlamaq isteyirem,amma bilmirem alinar mende ya yox.Mende krem yaxsi alinmir,bilmirem niye,cox calmaq lazimdi kremi berkimesi ucun?Bir az duru alinir mende.
Reseptaz (22 yanvar 2015 20:57)
Hər bir firma üzrə satılan paketlərin üstündə hazırlanma qaydası yazılır. Ordan baxıb hazırlaya bilərsiniz. Təşəkkürllər.
Rena (21 yanvar 2015 22:31)
Salam xanim.Shanti krem nece hazirlanir?
Reseptaz (29 dekabr 2014 23:22)
Təşəkkürlər.
Gulnar (27 dekabr 2014 16:38)
Cox gozel beyendim
Reseptaz (16 iyul 2014 09:51)
nush olsun
Arzu (15 iyul 2014 14:58)
tesekurler!.. Qizimin ad gunune hazirladin cox gozel alindi
Diplomatka (06 aprel 2014 00:40)
Tesekkur edirem!!!
Reseptaz (05 aprel 2014 22:57)
Salam. Qabların hər ikisinin diametri 26 sm -dır. Kremləri də istədiyiniz kimi edə bilərsiniz.Daha da əla olar içi yağlı krem üstüdə şantı krem. Qızlarınızın ad ğününü təbrik edirik. Sağlam və atalı analı böyüsünlər.
Diplomatka (05 aprel 2014 12:18)
Eger bu tortun arasina yagli krem vursam, ustunu ise krem santi ile bezesem, Sizce, dadi pis olmaz?
Diplomatka (05 aprel 2014 12:16)
Salam. Sizin qablarinizin her birinin diametri ne qederdir? Qizlarimin ad gunune bisirmek isteyirem. Evvelceden tesekkurler!
Reseptaz (03 mart 2014 23:24)
Təşəkkür edirik.
aska (03 mart 2014 22:56)
Əllərinizə sağlıq! Qızımın ad günündə sifariş etmişdik-hazırlanışı asan imiş-çalışacam mende alındırım-
Reseptaz (25 yanvar 2014 23:10)
Salam. Mənasız görünə bilər amma uşaqlar üçün çox manası var.Təşəkkürlər.
aygunka bakinka (21 dekabr 2013 18:50)
Menasizdi eskimo bundan eladi ne xeyri bar bunun
nargi (05 dekabr 2013 15:23)
super di nus olsun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.