Balqabaqlı aş



Ərzaqlar:



3 st uzun düyü

500 q qoyun əti

500 q balqabaq

3 ədəd baş soğan

1 ədəd nar

3-4 x.q əridilmiş kərə yağı

1 x.q zəfəran

Duz

Istiot


Hazırlanması:

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.



Soğanı doğrayıb duz və yağ töküb qızılı rəngdə olana qədər qovururuq.





Soğanı qovurduqdan sonra xırda doğranılıb suda bişmiş qoyun ətini  üstünə əlavə edib 5 dəqiqə qovururuq.



Balqabağın qabığını soyub yuduqdan sonra sürtgəcin böyük gözündən keçiririk.



Balqabağı ət ilə soğan qovurmasına əlavə edirik.



Narı dənələyirik.



Qarışığı 5-10 dəqiqə qovurduqdan sonra dənələnmiş narı üstünə əlavə edirik



15-20 dəqiqə vam odda yaxşı qovururuq. Tamam yağa düşür.



Adi qaydada düyünü qaynadıb süzürük. Süzülmüş düyünün üstünə zəfəran şirəsi tökürük.



Qazanın dibinə az yağ töküb əridirik.



Düyünün yarısını tökürük və az yağlayırıq.



Hazırladığımız balqabaq qovurmasını düyünün üstünə yayırıq.



Qalan düyünü də üstünə yöküb yağ töküb aşı dəm almağa qoyuruq.



Aş 1 saat dəmdə qalmalıdır. Sonra aşımız hazırdı.

Qaba düyünü təpəcik şəklində yığıb üstünə balqabaq qovurması qoyub qaynar yağ verib süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
serife (03 iyul 2016 17:11)
Xais edirem mene seki metbexinen qabaqli as diyiler boranidan hazrlanir icine qoz lobya qozda vurular texmini bilirem bilen varsa yazsinda
Reseptaz (14 dekabr 2015 09:46)
nush olsun
leyla (13 dekabr 2015 21:49)
Her kese meslehet gorerdim ki bu reseptden hazirlasin cox lezzetlidi pewman olmazsiz mende balqabaq sevmirdim ancaq bu awi hazirlayandan sonra cox sevdim hele hec vaxt etmediyim balqabaq qutabida hazirlayacagam gorum nece alinir
leyla (13 dekabr 2015 21:43)
Men bu awi hazirladim resepti burdan götürmüwdüm cox lezzetlidir tewekkur edirem
Reseptaz (09 aprel 2015 21:32)
Salam. Balqabağı çiy də yeyənlər var xeyirlidir. Nuş olsun. Amma çox olmaz. Təşəkkür edirik.
Ilahe (05 aprel 2015 16:48)
Qurban olum,eger sualimin cavabini bilirsinizse yazin,nolar.......cox xahiw eliyirem,menim ucun cox vacibdir
Ilahe (02 aprel 2015 15:22)
Salam,size bir sualim var,ama biraz gulmeli gorsene biler,sualim--balqabagi biwmemiw halda yemek olarmi? men biwmiw balqabagi yeye bilmirem,qoxusu xowuma gelmir,biwmemiw halda yemek olarsa ziyani olmazmi ve nece hazirlayim yeyim,sualima cavab yazsaniz gozel olardi,tewekkurler
Reseptaz (18 noyabr 2014 22:09)
Təşəkkürlər.
farida (18 noyabr 2014 17:20)
Cox sagolun
Reseptaz (14 noyabr 2014 12:22)
cox sag olun
Narinc (13 noyabr 2014 20:13)
Tewekkur,balqabaga aid bawqa reseptler yerlewdirseniz cox sevinerem,mutleq oxuyacam,iwinizde ugrlar
Reseptaz (12 noyabr 2014 21:17)
Salam. Vaxt olduqca balqabağa aid yeməklər hazırlayıb qoymağa çalışacağıq. Balqabağın tamını dəyişmək üçün soğan qovurma ilə edin. nar vurun. Amma yenə də o dad olacaq.Nuş olsun.
Narinc (10 noyabr 2014 20:31)
Salam,cox gozel alinib.sizden bir soz soruwmaq isterdim--balqabagi tekce yemek ucun nece etmek lazimdir? men awla xowlamiram,tekce balqabagi biwirib yemek isteyirem,dadi biraz qeribe olur ,onun tamini yox elemek ucun ne vurum? tewekkurler.sualima cavab yazarsiniz,nolar
Reseptaz (20 avqust 2014 14:10)
Balbabaq şirin olur tuşməzə olması üçün nar tökülür.Təşəkkürlər.
kemale (13 noyabr 2013 20:33)
balgabaq asina nar gatmasan olmaz?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.