Balqabaq qutabı



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



4 st un

1ç.q duz

Aparana qədər ilıq su

İçlik üçün:

500 q balqabaq

2 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

1 ədəd nar

Darçın

Duz

Qızartmaq üçün bitki ya da kərə yağı


Hazırlanması:

Balqabağın qabığını soyduqdan yuyub xırda dördkünc doğrayırıq.



Az su töküb öz buğunda püre şəklinə düşənə qədər bişiririk.





Soğanı xırda doğrayırıq.



Yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.





Sonra balqabağı əlavə edib qovururuq. Narı dənələyirik. Onu da içliyə əlavə edib 5-10 dəqiqə qovururuq.



İçliyə zövqə görə duz, istiot və darçın töküb qarışdırırıq. Tamam suyu çəkilənə qədər qovurub götürürük. Sonra qaba boşaldırıq soyuyur.



Una su duz töküb əvvəlcə qaşıqla qarışdırırıq sonra normal xəmir yoğururuq.



Xəmiri 6 hissəyə bölüb kündələyirik.



Adi qaydada nazik yuxa yayırıq. Üstünə kasa qoyub dairəvi kəsirik.



Dairələrin bir tərəfinə içlikdən qoyuruq.



Qatlayıb yanlarını bərkidirik. Bu şəkildə hamısını düzəldirik.



Hazır qutabları əvvəlcə sacda ya da tavada bişiririk. Süfrəyə verildikdə yağda qızardırıq.





Nuş olsun!


OXŞAR YAZILAR
.Pendirli muska börək
Ərzaqlar: 4 ədəd börək yuxası 1/2 st qatıq 1/2 st duru yağ 1 ədəd yumurta 300 q ağ pendir Balaca dəstə cəfəri 1 x.q xaş-xaş Çörə
.Sobada ətli pirojki
Ərzaqlar: Xəmir üçün: 4st un 1/2 st ilıq süd 1/2 st ilıq su 1/2 st duru yağ 1 ədəd yumurta(sarısı üz üçün) 1 ç.q quru maya 1 x.q
.Siqara börəyi
Ərzaqlar: 4 ədəd börək yuxası 300 q ağ pendir 1 balaca dəstə cəfəri Qızartmaq üçün duru yağ Hazırlanması: İçliyi hazırlamaq üçün pendi
.Burma börək
(Türk mətbəxi) Ərzaqlar: 6 st un 1/2 st duru yağ 2 ədəd yumurta(birinin sarısı üzünə vurulur) 2 st ilıq su 1/2 paket tez maya 1/2 ç
.Yağlı xəmirdən gül börək
Ərzaqlar: 12 ədəd 10x10 ölçüdə hazır yağlı xəmir 2 dəqsə cəfəri 250 q kəsmik 1 ədəd yumurta 1 x.q çörək otu Duz Yaymaq üçün 3-4 x.q
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (25 yanvar 2014 21:51)
Salam. Sezar salatı salatlar bölməsində var. ordan baxa bilərsiniz.
Gulnar (08 noyabr 2013 10:51)
Salam mene sezar salatinin hazirlanmasinda komek ederdizde mumkunse.cox saqolun



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.