Ballı tort



Ərzaqlar:



3 yumurta

1,5 st şəkər tozu

1,5 x.q bal

100 q yağ

1 ç.q soda

1/2 paket vanil

3 st un

Qaba töküb yaymaq üçün 5-6 x.q un

Krem üçün:



1 banka qatılaşdırılmış bişmiş süd

200 q kərə yağı

1/2 paket vanil

Zövqə görə aralarına və üstünə qoz ləpəsi: 




Hazırlanması:

Kremi hazırlamaq üçün bax: Qatılaşdırılmış süd ilə yağlı krem

Tuj qaba yumurtaları sındırıb çalırıq.



Şəkər tozunu əlavə edib yenə çalırıq.



Yumşalmış kərə yağını və balı əlavə edib çalırıq.



Qazın üstündə vam odda ya da su buxarında şəkər tozu əriyənə qədər 5-10 dəqiqə qarışdırırıq.



Qarışığı götürən kimi üstünə sodanı əlavə edib qarışdırırıq.



Sonra vanil və unu da əlavə edib yaxşı qarışdırırıq.



Qaba un töküb xəmirdən tökürük və üstünə də az un səpib əlimizlə diametri 28 sm yayırıq.
Hara yapışmaq istəsə un səpin. Xəmirin altında da un qalsın ki, yapışmasın.





180 dərəcədə qızdırılmış sobada 8-10 dəqiqəyə bişiririk.



4 ədəd lay alınacaq. Hamısını bişirdikdən sonra mətbəx şotkası ilə ununu təmizləyirik.



Laylar soyuduqdan sonra eyni ölçülü olmaları üçün qab qoyub kəsirik.
Birinciyə qab qoyub kəsirik sonra kəsdiyinizi o birilərin üstünə qoyub yanlarını kəsirik.





Yanları əlimiz ilə ovuruq. Ovuntu eyni olsun deyə onu aşsüzəndən keçiririk.





Düz qabda layları bir-bir üst-üstə qoyub kremləyib qoz səpirik.



Sonuncu layı qoyub üstünü və yanını kremləyirik.



Tortu yandan bıçaqla qaldırıb bir əlimizin ortasına alıb yanlarına ovxantı vururuq.



Qalan qırıntıları üstünə səpirik. Zövqə görə qozla istədiyimiz kimi bəzəyirik.





Bir neçə saatdan sonra kəsib yeyə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Vanilli kəsmikli piroq
Ərzaqlar: Xəmir üçün: 1,5 st un 100 q kərə yağı 2 x.q şəkər tozu İçlik üçün: 600 q kəsmik 4 ədəd yumurta 1 paket vanil 1/2 st
.Nağıl tortu
Ərzaqlar: Biskvir üçün: 6 ədəd yumurta 1 st un 1 x.q buğda nişastası 1 st şəkər tozu 1/2 paket vanil Krem üçün: 1 banka qatılaş
.Kişmişli kəsmikli balaca kekslər
Ərzaqlar: 200 q kəsmik 200 q kərə yağı 2 st un 1 st şəkər tozu 2 ədəd yumurta 1/2 st kişmiş 1 paket qabartma tozu 1 paket vanil
.Limonlu kəsmikli piroq
Ərzaqlar: Xəmir üçün: 2-2,5 st un 200 q kərə yağı 1/2 st st şəkər tozu 1 paket qabartma tozu İç üçün: 400 q kəsmik 2 ədəd yumur
.Moruqlu kəsmikli piroq
Ərzaqlar: Xəmir: 1,5 st un 1 ədəd yumurta 100 q kərə yağı 2 x.q şəkər tozu İçlik üçün: 600 q kəsmik 100 q xama 4 x.q şəkər to
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Günay İbrahimova (04 aprel 2014 23:26)
Çox sağ olun.Elə bildim alınmayacaq 1-ci korj yaxşı alınmadı, amma o biriləri yaxşı çıxdı yup yumşaq. Çox təşəkkür edirəm, bu və bütün reseptlər üçün.
Reseptaz (16 mart 2014 23:09)
Salam. Bizim reseptdə oxlovla yayılmır.Ünlanıb əl ilə yayılır.Siz deyən reseptdə tort quru alınır.Bu reseptdə isə çox yumşaq olur.Təşəkkürlər.
Diplomatka (16 mart 2014 22:58)
Salam. Balli tortun xemirini oxlovla yaymirlar? Sizdeki sekilde xemir duru gorunur. Dogrudan durudur? Yoxsa ele gorunur? Hem de ki, xemiri qasiqla tokursunuz liste?
ibrahim (04 mart 2014 18:10)
Retsep.az
ibrahim (04 mart 2014 18:08)
metbex
Reseptaz (03 mart 2014 23:31)
Çox sağ olun.Hamının bu tortdan çox xoşu gəlir. Bişirin nuş edin.
aska (03 mart 2014 23:26)
Tortların şahıdı -ballı tort-təşəkkürlər!
xeri (30 dekabr 2013 17:10)
butun resept burda www.resept.az
bloglan (30 dekabr 2013 17:03)
blli tort hamsindan qedengdir
bloglan (30 dekabr 2013 16:44)
slamlar
Reseptaz (28 oktyabr 2013 07:28)
elbetde, hec bir resept mutleq tek fir shekilde deyil, esas odur yaxsi alinsin..
kemale samaxili (27 oktyabr 2013 14:04)
biz hemise bu tortdan bisiririk...ama bir az bu ferqlidir.



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.