Balıq ləvəngisi



Ərzaqlar:



1 ədəd balıq

5 ədəd balaca baş soğan

1,5 st qoz ləpəsi

3-x.q alça turşusu

Duz

Istiot

Bitki yağı


Hazırlanması:

Soğanın qabığını soyub ət maşınından keçiririk. Tənzifdə sıxıb acı suyunu çıxarırıq.



Qoz ləpəsini sürtgəcli maşından keçiririk.



Soğan, qoz və turşunu qarışdırırıq. Duz və istiot da əlavə edib qarışdırırıq. İçliyimiz hazırdı.



Balığı təmizləyib yuduqdan sonra içini duz, istiot vurub turşulayırıq. Üstünə isə duz və istiot vururuq. (Üstünə turşu vurduqda üstü bişəndə qaralır)



Hazırladığımız içliyi balığın içinə yığırıq.



İçini doldurduqdan sonra sapla tikirik. (Çöplə də bağlamaq olar)  Balığın hər tərəfini yağlayırıq.



Soba qabını yağlayıb balığı qoyuruq.

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.



Balıq ləvənğisini süfrəyə verdikdə yanında müxtəlif növ turşular qoyulur.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qiyməli əriştə plov
Ərzaqlar: 2 st düyü 1 st xırda vermeşel(tel şəhriyyə) 250-300 q hazır bişmiş qiymə(soğan, duz və istiot vurulub yağda bişmiş) 3-4 x.q əridil
.Kartof çığırtması
Ərzaqlar: 500-600 q kartof 3 ədəd baş soğan 3 ədəd yumurta 1 x.q pomidor məti (tomat) ya da 3 ədəd təzə pamidor 2-3 x.q əridilmiş kərə ya
.Lobyalı qozlu plov
Ərzaqlar: 2 st düyü 1 st bişmiş lobya(0,5 st bişməmiş) 3-4 x.q əridilmiş kərə yağı 50-60 q qoz ləpəsi Duz Qazmaq üçün: 3 x.q qatıq
.Soğan çığırtması
Ərzaqlar: 6 ədəd baş soğan 6 ədəd yumurta 2-3 x.q q əridilmiş kərə yağı 2 x.q abqora Duz Istiot Hazırlanması: Soğanın qabığını
.Qiyməli şüyüd plov
Ərzaqlar: 4 st düyü 300 q bişmiş qiymə (soğan, duz və istiot vurulub yağda bişmiş) 1 böyük dəstə şüyüd 1 ədəd nar 4 x.q əridilmiş kərə ya
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (14 noyabr 2014 22:55)
Salam. Ləvəngi qozla soğanla olur. onsuz ləvəngi olmaz onda başqa yemək olar. Təşəkkürlər.
gunelka (09 oktyabr 2014 18:38)
qoznan sogan uygun deyil mence helde yaxi dyylil
leyla (30 sentyabr 2014 16:37)
Ela
Reseptaz (09 fevral 2014 22:24)
Nuş olsun. Təşəkkür edirik.
milaska (29 yanvar 2014 17:28)
hal hazirda bisirirem ve cooox gozel ve dadli cixdi.. sagolun
Reseptaz (31 dekabr 2013 11:10)
cox sag olun, sizlerin de yeni iliniz mubarek olsun
Reseptaz (31 dekabr 2013 11:09)
beli bunu xeshemle de ede bilersiniz..
Fidan (30 dekabr 2013 18:39)
Cox sag olun sabah bisirecem dadli olar Inwallah ) Yeni iliniz mubarek ))
Ilyas (26 dekabr 2013 23:16)
bele dadli yemekdir.heshem baliginnan levengi etmek olar?cavab yazsaniz minnetdar olaram


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.