Balıq buğlaması



Ərzaqlar:



1 kq balıq (sümüyü az olan)

4 ədəd kartof

1 ədəd baş soğan

1-2 ədəd kök

3 ədəd dəfinə yarpağı

10 ədəd dənə istiot

4-5 x.q zeytun yağı

Duz

İstiot

Cəfəri

2-3 zoğ reyhan (təzə ya da qurudulmuş)


Hazırlanması:

Balığı təmizləyib doğrayıb yuyuruq. Duz istiot vurub qazanın dıbınə yığırıq.



Kartofun qabığını soyub yuyub dörd bölüb doğrayıb balığın üstünə əlavə edirik.



Soğanı soyub yuduqdan sonra dörd bülüb doğrayırıq. Kartofun üstündən soğanı tökürük.



Kökün qabığını təmizləyib yuduqdan sonra dörd doğrayırıq. Doğranmış kökü soğanın üstündən əlavə edirik.



Cəfərini təmizləyib yuyub xırda doğrayıb kökün üstündən tökürük.



Bu qayda ilə bir də təkrarlayırıq.

Yenə duzlanıb istiotlanmış balıq, kartof, soğan, kök və cəfərini tökürük.











Son olaraq reyhanı yuyub yarpaqlarını üstünə düzürük.(Yaxşı olar quru reyhan olsun)Dəfinə yarpağını qoyuruq. İstiotları tökürük. Düz və istiot əlavə edirik və yağı əlavə edirik. 1 stəkan su tökürük və yeməyi normal odda bişməyə qoyuruq.



Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (27 aprel 2017 00:48)
salam, bəli olar.
Gulnar2013 (26 aprel 2017 14:41)
Salam,cox gozel ressepti,buna pomidor yaxudda tomat vursaq olar?
Reseptaz (16 aprel 2015 13:47)
Salam, sümüyü çox olmayan baliqdan hazırlamaq meslehetdir, bildiyim qədər capaq balığı çox sümüklü olur.
Vəfa (16 aprel 2015 12:21)
Salam Neçe gündü bu yemekden bişirmek isteyirem amma evdeki balıq çapaq balığıdı Sizden sorusmaq isteyirem çapaq balığından bişirsem yaxşı alınarmı?Burda kütüm yoxdu ona görə

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.