Bakı tortu



Ərzaqlar:



3/4 st un

1 st şəkər tozu

6 ədəd yumurta

100 q qoz ləpəsi

1 paket vanil

Krem və bəzək üçün:

250 q kərə yağı

1 banka qatılaşdırılmış süd

Zövqə görə istəsəniz 1 x.q kakao tökə bilərsiniz.

Şokolad


Hazırlanması:

Yumurta ağını sarısından ayırıb mikserlə bərkiyənədək çalırıq.



Sonra şəkər tozunu və vanili əlavə edib yenə çalırıq.



Yumurta sarılarını da əlavə edib mikserlə çalırıq.



Unu əlavə edib qarışdırırıq.



Qoz ləpəsini tavada qovururuq. Soyuyandan sonra bıçaqla xırda doğrayırıq.



Doğranmış qoz ləpəsini xəmirə əlavə edib qarışdırırıq.



Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük.



180 dərəcə qızırılmış sobada 25-30 dəqiqəyə bişiririk.



Soyuduqda qabdan çıxarıb yarı bölürük. Üstünün qabıqlarını və yanlarını kəsirik.




Kremi adı qaydada mikserlə çalırıq.



Kakaonu kremə əlavə edib yenə çalırıq.



Layın birinə krem çəkib ikinci layı qoyuruq.




Üstünü və yanlarını kremləyirik.

Kremdən və bəzəkli şokoladdan bəzəyirik. Yandan və üstdən çıxan qırıntılardan qız qalası düzəldirik. (Zövqə görə istəsəniz)



Nuş olsun!


OXŞAR YAZILAR
.Korjik
Ərzaqlar: 200 q kərə yağı 200 q xama 1,5 st şəkər tozu 3 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu Bir çimdik duz Un aparanadək (6 st)
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 may 2015 22:26)
Salam. Təşəkkür edirik.
Bahar Əlizadə (04 may 2015 22:17)
Salam ellerinize sagliq
Reseptaz (09 aprel 2015 21:17)
Nuş olsun. Təşəkkür edirik.
Torpaq ruleti (26 mart 2015 18:16)
Ela ela !!!!!
Reseptaz (22 yanvar 2015 20:30)
Yox olmur. Yumurta ağı bərk olur duru lmur. Un da tökəndə yaxşı alınır. Nuş olsun.
Aygun mosu (19 yanvar 2015 09:41)
Salam zehmet olmasa unun miqdarini bir de deyin 3/4 stakan axi hec 1 satakan da etmir onda xemir cox duru olmur?
Reseptaz (14 yanvar 2015 21:32)
Nuş olsun.
murad (14 yanvar 2015 19:20)
Eladi
fariz (04 yanvar 2015 18:35)
azan piroqu
Reseptaz (29 dekabr 2014 23:23)
Salam. Biz tökməmişik siz istəyirsiniz əlavə edə bilərsiniz.
sebine (27 dekabr 2014 13:13)
Salam.Men bilmek isteyirem niye Baki tortuna soda ve ya qabartma tozu eleve edilmir?
Reseptaz (12 dekabr 2014 21:44)
Sayıtımızın şirniyyat bölməsində resepti var buyurub baxa bilərsiniz.
Peri (12 dekabr 2014 20:01)
Kakoslu peceniyeni nece hazirlaya bilerem?
Peri (12 dekabr 2014 20:01)
Kakoslu peceniyeni nece hazirlaya bilerem?
Peri (12 dekabr 2014 19:55)
Meyveli tort
suba (12 dekabr 2014 02:01)
Tort
pervane (11 dekabr 2014 23:47)
Men sevdiyim wrin qat qat
Reseptaz (11 dekabr 2014 22:09)
Şokaladlı paxlava saytımızda var buyurub baxa bilərsiniz.
Reseptaz (11 dekabr 2014 22:08)
Salam. Qafın formasına görə falqadan istifadə edrəm. Kalka kağızını dairəvi qablara rahat qoymaq olmur. Siz necə istəyirsiniz istifsdə edin.təşəkkürlər.
fatima (10 dekabr 2014 22:30)
Sakaladll paxlava
NAVAL (09 dekabr 2014 23:41)
SALAM SIZ BISKIVITI NE UCUN FALQANIN ICERISINDE BISIRIRSIZ ? BU FORMADAN MENDEDE VAR AMMA MEN YAGLI KAGIZIN USTUNDE BISIRIREM
Reseptaz (09 dekabr 2014 20:58)
Salam. Tortların hamısı dadlıdır. hansı sizə rahat gəlir onu da bişirə bilərsiniz.Təşəkkürlər.
gulzar (09 dekabr 2014 20:27)
Təşəkkürlər Aysel xanım ... Allah sizidə xoşbəxt eləsin....öyrənmək üçün heç vaxt gec deyil yetər ki insanın öyrənmək istəyi olsun..
Havin (09 dekabr 2014 17:27)
Havin
Melek177 (09 dekabr 2014 15:50)
Oyrenmeye caliwiram
Aysel (09 dekabr 2014 09:13)
Hee. xowbext olun. Men aileliyem. Demek olar ki metbexte bagli her weyi bu saytdan oyrenirem. Cox gozel saytdi. Genc aileler ucun evezolunmazdi.
gulzar (09 dekabr 2014 05:55)
çox sağolun Aysrl xanım.Nişanlımın atası kaprizli insandı.məndə gələcəkdə onlarla birgə yaşayacağım üçün gərək hər şeyi mükəmməl öyrənməyə çalışam.bilmədiklərimidə bu saytdan öyrənirəm ki gələcəkdə pis vəziyyətdə qalmayım :))))
Aysel (08 dekabr 2014 22:59)
Gulzar xanim, Qaynataniz sizin kimi gelini olacagi ucun cox wanslidir ...
gulzar (07 dekabr 2014 23:24)
Həqiqətən çox dadlı və əla görsənir.Sizdən bir şey soruşmaq istirəm.mənim gələcək qaynatam yağlı-kremli şirin biskivitli tortları sevir.sizin sayıtınızda olan hansı tortu bişirsəm sizcə o razı qalar. bəlkədə bir az dəxlisiz sual oldu.sadecə bu mövzuda qərarsız qalmışam.indidən təşəkkürlər...

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.