Bakı düşbərəsi



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:



250-300 q çəkilmiş qoyun əti

1 baş soğan

1/3 ç.q sarıkök

1 x.q nanə qurusu (ya da təzə keşniş)

Duz

Istiot

3-3,5 l su ya da ət suyu

Xəmir üçün:

2 st un

1/3 ç.q duz

1 ədəd yumurta

1/2 st ilıq su

Yuxanı yaymaq üçün əlavə 2-3 x.q un


Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra ət maşınından ətlə bərabər keçiririk. Ətə duz, istiot və sarıkök vurub yaxşı qarışdırırıq.



Ələnmiş una yumurta, duz və ilıq suyu töküb normal xəmir yoğururuq.



Xəmirdən iki kündə düzəldirik.



Kündənin birini götürüb az un səpib nazik yuxa yayırıq.



Yuxanı 2x2 sm enində kəsirik.



Hər balaca kvadrata az ət qoyuruq.



Birini əlimizə alıb kvadratı uç-uca sonra isə yanlarını birləşdiririk.



Bu şəkildə iki yuxanın ikisini də yayıb kəsib bükürük. Düşbərələri bükdükdə zövqə görə un vura bilərsiniz. Un vurduqda suyu bulanıq və qatı olur.



Suyu ya da ət suyu qaynamağa başlayanda düşbərələrimizi tökürük. Düşbərələri tökdükc qarışdırın ki, bir-birinə yapışmasın.



Yeməyin suyu qaynayıb düşbərələr üzünə yığışanda 5-10 dəqiqə də bişirib gğtürürük. Hazır olmağa az qalmış nanə qurusu, duz və istiot əlavə edirik.



Zövqə görə düşbərəni süfrəyə verəndə yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır.)



Nuş olsun!


OXŞAR YAZILAR
.Yerkökü şorbası
Ərzaqlar: 5 ədəd kök 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q. əridilmiş kərə yağı. Duz İstiot 8 st su ya da suyun yarısı ət ya da toyuq suyu H
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nurcan (12 fevral 2017 14:47)
Menim 13 yasim var ancaq dusbereden otru olurem super pisirirem ela di buda mende bu qayda ile bisirirem.Size bir tovsiyem etinede nane qatin bisene yaxin ise suyuna super alinir
Nigar (14 yanvar 2016 14:39)
Yemekler ela alinir..Çox sağolun...Sadece olaraq neçe neferlik olduğunu da yazsaydınız çox sevinerdim..Teşekkur bir daha.
Reseptaz (26 may 2015 11:26)
nus olsun.
SMZM (26 may 2015 11:05)
xemir yemeklerin cox sevirem,hazirladim dusbereni de ilk.defe olmagina baxmayaraq dadli oldu,cox sag olun
Reseptaz (09 sentyabr 2014 21:54)
Təşəkkür edirik.
pervana (09 sentyabr 2014 12:08)
Chox sag olun.yaxshi ki,ayirmisiniz. Baki dushberesinde pomidor olmur..
Reseptaz (20 avqust 2014 13:13)
Nuş olsun.Çox sağ olun.
aysu (20 avqust 2014 12:09)
eladi ela super dusberedi
Savida (22 mart 2014 20:41)
tesekkurler
Reseptaz (20 mart 2014 23:52)
tesekkurler
emil (20 mart 2014 21:08)
elaa
emil (20 mart 2014 21:08)
elaa
Reseptaz (13 mart 2014 22:37)
Salam. Siz deyən kimi də dadlı olur. Hər birinin özünəməxsus dadı var. Təşəkkürlər.
xanim (28 fevral 2014 13:23)
pamidorlu dusbere daha dadli olur pamidor qazqnda qovrulur sonra ustune su tokulur su qaynadiqdan sonra dusbere tokulur
Reseptaz (20 fevral 2014 23:51)
Çox sağ olun. Təşəkkür edirəm.
sevincRamizli (20 fevral 2014 23:23)
Bishirdim ela cixdi.Resepti veren eller agri gormesin.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.