Badımcan plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



500 q sümüksüz qoyun əti

4 st uzun düyü

8 ədəd balaca badımcan

4 ədəd baş soğan

6-7 ədəd alça turşusu

4 x.q əridilmiş kərə yağı

1 ç.q zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1ədəd yumurta


Hazırlanması:

Düyünü yuduqdan sonra suda saxlayırıq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.



Badımcanların qabığını soyub 4-yerə bölüb duz səpib 10-15 dəqiqə saxlayırıq.



Sonra sıxıb acı suyunu çıxarıb tavada yağda üstünə az düz səpib qızardırıq.



Əti yuduqdan sonra duz istiot vurub tavada yağda qovururuq.



Soğanın qabığını soyub yuduqdan sonra 4 bölüb nazik doğrayırıq.



Doğranmış soğanı ətin üstünə əlavə edirik.



Qızılı rəngdə olana qədər qızardırıq.

Sonra turşuları töküb 1 st su əlavə edib vam odda bişiririk.





Bişməyə az qalmış zəfəran suyundan da az tökürük.



Ət tamam bişdikdə suyu çəkilib yağa düşdükdə hazır olacaq. Onda qızarmış badımcanları da əlavə edib qarışdırırıq.



Adi qaydada suda düyünü bişirib süzürük.

Süzülmüş düyünün üstünə zəfəran tökürük.



Qazanı istidib az yağ əridib düyüdən töküb yumurta ilə qatığı da çalıb tökürük.

Qalınlığı 1 sm olan qazmaq düzəldirik.



Qalan düyünü qazmağın üstünə töküb dəm almağa qoyuruq.

Aş 1 saata dəm alacaq.



Aşı süfrəyə verdikdə düyünü qaba çəkib təpəcik şəklində yığıb qazmaq qoyub ətli badımcanlı qovurmadan qoyub yağ töküb süfrəyə veririk.



Bu aşı süfrəyə verdikdə düyünün üstünə badımcan və qazmaq qoyub ətli qovurmanı isə başqa qabda yığıb verə də bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.