Badımcan küküsü



Ərzaqlar:



8 ədəd orta ölçülü badımcan

2 baş soğan

3 ədəd yumurta

2 x.q un

1 ç.q sumax

50 q kərə yağı

1/2 st qoz ləpəsi

Duz

Istiot


Hazırlanması:

Soğanın və badımcanın qabığını soyub yuyub 2-3 yerə bölürük.



Hər ikisini ət maşınından keçiririk. Tənzifdə sıxıb acı suyunu tamam çıxarırıq. Elə sıxmaq lazımdır ki, suyu qalmasın quru olsun.



Qozu xırda doğrayırıq.



Qabda sıxdığımız badımcan ilə soğanı, qozu, unu, sumağı qarışdırırıq.



Yumurtanı, duzu və istiotu əlavə edib yaxşı qarışdırırıq.



Tavada yağ qızdıqda qarışığı tökürük.







Bir tərəf bişdikdə astaca o biri tərəfini də çevirib bişiririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (29 iyun 2015 17:23)
Bu yemeyi biwrecem
Reseptaz (21 avqust 2014 01:51)
Nuş olsun.
Aytac (15 avqust 2014 08:57)
Men onun icine kewniw reyhan da elave edirem onda daha dadli olur amma goyertiyi ymurta ile caliram men
Aytac (15 avqust 2014 08:54)
Ozum olum cox dadli yemeydi prob elemeye deyer

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.