Badambura



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



900 q un

2-3 yumurta

200 q kərə yağı

2 x.q xama

1 ç.q quru maya

Aparanadək süd

İçlik üçün:



500 q badam ləpəsi

500 q şəkər tozu

1/4 ç.q hil

Yağlamaq üçün:

400-450 q kərə yağı


Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.



Yağı əridirik.



Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.



Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırırıq.



Yumşaq xəmir yoğururuq.



Xəmirin üstünə sellofan çəkib, dəsmal qoyub, adyala bükürük, 1-2 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq. Badam ləpəsinin qabığını təmizləmək üçün: Badam ləpəsinin təmizlənməsi baxa bilərsiniz.

Təmizlədikdən sonra quruması üçün  tavada az qovurub soyuduqdan sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş badama şəkər tozu və hil ilə qarışdırırıq. İçliyimiz hazırdı.



Xəmirdən 10 ədəd kündə düzəldirik.



Kündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayırıq.



Yuxanı əlimiz ilə az dartıb böyüdürük və yağlayırıq. Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayırıq.



Yağlanmış və üst- üstə yığılmış bu yuxaları şəkildəki kimi bükürük.



Bükdüyümüz yuxaları 3 sm enində kəsirik.



Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük.



Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq.



Eyni qayda ilə hamısını hazırlayırıq.



Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. Qurumasın deyə üstünə sellofon çəkirik.

170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır.



Bişmiş badamburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük.




Nuş olsun!


OXŞAR YAZILAR
.Portağallı rulet
Ərzaqlar Biskvit üçün: 3 ədəd yumurta 1/2 st şəkər tozu 1/2 st un İçlik üçün: 1 ədəd portağal 1/3 st şəkər tozu Hazırlanması: İçliyi hazırl
.Kəsmikli kökə 2
Ərzaqlar: Xəmir üçün: 4 st un 200 q yağ 200 q xama 1 paket qabartma tozu üzünə 1 x.q şəkər kirşanı İçlik: 400 q kəsmik 1 st şəkər tozu
.Kəsmikli krem ilə rulet
Ərzaqlar: Biskvit üçün: 5 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu Krem üçün: 300 q kəsmik 200 q qaymaq 1/2 st şəkər tozu 1
.Portağal piroqu
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 3 x.q xama 2 ədəd yumurta 1 paket qabartma tozu 3,5-4 st un İç üçün: 3 ədəd portokal 2/3 st şəkər toz
.Kəsmikli piroq 3
Ərzaqlar: Ovuntu üçün: 125 q yumşaq kərə yağı 3/4 st şəkər tozu 2 st un 1 paket qabartma tozu İçlik üçün: 500 q kəsmik 3/4 st şəkər tozu 3 ədəd
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (15 fevral 2015 23:17)
Təşəkkür edirik. Nuş olsun.
kemale (09 fevral 2015 18:57)
cox gozeldir
kemale (09 fevral 2015 18:56)
cox gozeldir heqiqeten gozeldir
Reseptaz (28 yanvar 2015 22:43)
Çox sağ olun.
gulay (27 yanvar 2015 17:11)
eladireeeeeeeeee
Reseptaz (23 iyul 2014 12:05)
salam, sayfada uyelik sistemi deyil, her kese aciqdir...
sibel (23 iyul 2014 00:22)
sayfaya uye olmak isteyirem
emine (24 iyun 2014 16:17)
xosuma geldi
kemale (20 may 2014 22:02)
qozlu rulet yaxsidir bisirecem
rena (20 may 2014 21:56)
badamburani beyendim hazirladim cox gozel alinda
Reseptaz (05 may 2014 09:15)
nush olsun
AYKA (03 may 2014 22:15)
Naxcivannan salamlar.bu reepti axtarirdim.twk
Reseptaz (01 aprel 2014 15:13)
tesekkurler
sabina (31 mart 2014 20:40)
ela cox gozel alinib
Reseptaz (19 mart 2014 21:07)
Salam. Nuş olsun.
fatima (19 mart 2014 21:03)
cox gozel...bisirdik ama sellofon nedir bilmedik sellofonsuz bisirdik....ama dadli oldu....
Reseptaz (19 mart 2014 20:23)
Nuş olsun.
qendab (18 mart 2014 14:50)
cox dadlidir
qendab (18 mart 2014 14:48)
nicgfbdghhhghghcf
Reseptaz (18 mart 2014 11:11)
tesekkur edirem,..


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.