Azərbaycan tortu



Ərzaqlar:

Biskvit üçün:



12 ədəd yumurta

2 st şəkər tozu

2 st un

2 x.q buğda nişastası

1 paket vanil (zövqə görə)

Krem və bəzək üçün:





2 banka qatılaşdırılmış süd

400-450 q kərə yağı

1/2 paket vanil

Qida boyaları(qırmızı, göy və yaşıl)

Qovrulmuş qoz ləpəsi

200 q şokolad

Qeyd: Zövqə görə istəsəniz biskvitləri şirə ilə islada bilərsiniz. Bunun üçün Tort üçün şirə baxa bilərsiniz.


Hazırlanması:

Bu tortu hazırlamaq üçün iki biskvit hazırlayiriq. Hər bir biskvitə 6 ədəd yumurta, 1 st şəkər tozu,1 st un, 1 x.q nişasta və 1/2 paket vanil istifadə edirik.
Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.



Sonra vanili və şəkər tozunu az-az əlavə edib yenə tam bərkiyənədək çalırıq.



Yumurta sarılarını əlavə edib yenə şalırıq.



Un ilə nişastanı qarışdırıb ələyirik. Un qarışığını yumurta qarışığına əlavə edib qaşıqla qarışdırırıq.



Qaba kağız sərib xəmiri töküb yayırıq. Qabın diametri 35x25 sm



180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.



Hər iki layı bişirdikdən sonra qoyuruq tamam soyuyur. Hər bir biskvit layını iki hissəyə bölürük.

Kremi hazırlamaq üçün yağı mikserlə çalırıq. Sonra qatılaşdırılmış südü və vanili əlavə edib yenə hazır olanadək mikserlə çalırıq.



Əvvəlcə layların arasına krem çəkib, doğranmış qoz ləpəsi səpib üst üstə yığırıq. Tortun üstünə və yanlarını kremləyirik. Üstünə kiremi az vururuq.



Tortun üstünü eyni bərabər üç yerə bölürük. Bıçaqla ay və ulduzun yerlərini qoyuruq. Ortasına kremlə şpris vasitəsi ilə xırda gül naxışı ilə ay və ulduz qoyuruq.



Qalan kremi üç yerə bölüb üç rəngdən ayrı-ayrı töküb qarışdırırıq.

Rənglənmiş kremləri şpris vasitəsi ilə xırda gül formasında naxışla naxışlayırıq.





Tortun yanlarına şokalatdan hazırlanmış buta naxışı düzürük. Naxışı düzəltmək üçün şokoladla hazırlanan naxışlara baxa bilərsiniz.



Zövqə görə bu tortu istədiyiniz kimi bəzəyə bilərsiniz.







Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (11 iyun 2015 09:23)
cox sag olun
aysel (10 iyun 2015 21:01)
salam VƏTƏNİMİ də sevirəm tortunu da bəyəndim yaşasın,var olsun AZƏRBAYCAN sizə də təşəkkür edirəm
Reseptaz (08 iyun 2015 09:28)
tesekkurler, sag olun..
bulud (07 iyun 2015 16:49)
salam rulet siriniyatina bayildim.nus olsun
sevgi (07 iyun 2015 16:45)
salam men azerbaycan tortunun gozelliyine bayildim.nus olsun...
xanim(7iyun 2015 16:40) (07 iyun 2015 16:40)
Salam butun siriniyatlar superdi.Nus olsun.Tesekkur edirem:)
Ayan (17 may 2015 12:48)
Salam superdi. Təşəkkür edirik...
Nilay (15 may 2015 21:39)
Salam sizden xahiw edirem weki halvasinin reseptini bu sayta yerlewdirin/////
Reseptaz (07 may 2015 19:59)
Salam. Xoş sözlərə görə təşəkkür edirəm. Çox sağ olun.
Nemiw (07 may 2015 16:51)
Heqiqeten bu saytdan istifade etdiyimden beri bir seye emin olmuwamki, Azerbaycan xanimlarinin dunyada tayi beraberi yoxdu.Misal ucun:Resept.azin redaktoru Dilber xanim.O hem evinin xanimi,hem bu qeder yemekleri,sirniyyatlari ve b.hazirlayan,hem de saytin rehberidir.Men fexr edirem ki,bele bir xanimla bir olkede yasiyiram.
Reseptaz (07 may 2015 13:15)
cox sag olun..
Bahar Əlizadə (07 may 2015 00:41)
Salam xanımlar!!! Resept.az bizim fəxrimizdi. Yaşasın Azərbaycan Yaşasın Resept.az və qonaqları!!!!
Reseptaz (05 may 2015 22:13)
Nuş olsun.
arif siyezenli (01 may 2015 14:48)
ela dir azerbaycan bidaga anam nu biririr
Reseptaz (05 fevral 2015 20:58)
Nişasta ilə biskvit yüngül və quru qəşıng olur. Çox sağ olun.
Duygu (05 fevral 2015 00:40)
Bugda niwastasi ne ucundur ,torta ne kimi ozellik verir,vurmasaq olar ya mutleqdir Zehmet olmasa deyin de mene cox maraqlidir.Onceden tewekkurler
Reseptaz (17 noyabr 2014 21:42)
salam. Biskviti yüngül olur. Krem isə çox vaxt siz deyən kimi olur. Buna baxmayaraq bərkiyınıfək çalmaq lazımdır. Görünür qatılaşdırılmış süddən asılıdır. yağını bir az çoxaltsanız çürüməyəcık.Təşıkkürlər.
QARANLIQLAR_CICEYI (13 oktyabr 2014 17:41)
Birde bilmek isderdim kere yagi ilie malokodan hazirlanan kremler niye evvelce curuyur sora cox calandan sora aclir.nece edimki curuk olmasinnnn?xais ederdim her iki sualimi cvb landirasiz.evvelceden tsklerrrr
QARANLIQLAR_CICEYI (13 oktyabr 2014 17:37)
Cox gozel gornusu var eminemki dadida eladi.hazirlayacam insallah mende bu tortdan.bilmek isderdim bu keks sunger kimi olur ya yox yeni yumsaq olur?
Reseptaz (12 avqust 2014 11:46)
tesekkur edirem..
Nüşabə (12 avqust 2014 01:23)
İmkanım olsa, bütün işlərinizi like edərəm.Sizdən çox şey öyrənmişəm.Bildiklərimi daha düzgün etmək də daxil.Sağ olun.
Nüşabə (12 avqust 2014 01:20)
Şokoladdan bəzəklər üçün xüsusi təşəkkür edirəm.Əlləriniz yorulmasın.Allah daim sizi enerji & nur dolu saxlasın.
Reseptaz (21 iyun 2014 00:09)
cox sag olun...
Nazlı (20 iyun 2014 19:57)
teşekkürler =)
Reseptaz (13 iyun 2014 23:53)
Aysu Xanım, bu tortumuzdan heç fikirleşmeden hazırlayın. Lezzeti çox gözeldir, görünüşü kimi.
Reseptaz (13 iyun 2014 23:53)
Nazlı Xanım, limondan limonun dadına uyğun yemeklerde istifade etmeyiniz tövsiyemizdir. Meselen bezileri zövqe göre toyuq şorbasına limon suyu vururlar. Siz de damaq zövqünüze göre istifade edebilersiniz. Yemek bişirmek biraz da yeni dünyalar keşf etmekdir. :)
aysu (13 iyun 2014 18:53)
mende sirniyyat sevirem bele baxanda gozel torta oxsayir amma icnin dadini heleliki bilmirem
aylin (28 may 2014 18:32)
men sirniyyati xoslayiram
Nazlı (28 may 2014 14:29)
Sizden bir şey soruşacam.Sizce limon duzundan ve limon sousundan hansı yemek növlerinde istifade etmek olar ?
jale (28 may 2014 10:24)
supedi choooooooox gozel hazirlamisiz

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.