Ayran aşı (Kələmli dovğa)



Ərzaqlar:



3 l qatıq

1,5 l su

2 ədəd yumurta

2 x.q un

1/2 st yumru düyü

1 st bişmiş nöxud

500 q kələm

1 dəstə kəvər

1 böyük dəstə keşniş

1 balaca dəstə şüyüd

1 balaca dəstə nanə

2-3 zoğ sarımsaq (yaşıl)

Duz


Hazırlanması:

Kələmi və göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.



Qazana qatığı, yumurtanı, düyünü, unu və suyu töküb setka qaşıqla çalırıq. Qatığın düyürləri qalmamalıdır. Sonra suyunu əlavə edib qarışdırıb ocağa qoyuruq.



Qaynara düşdükdə təmizlənib doğranmış kələmi, göyərtini və bişmiş noxudu tökürük.




Zəif odda kələm bişənədək qarışdırırıq.



Hazır olanda duzunu zövqə görə töküb qarışdırırıq.



Ayran aşımız hazırdır.



Nuş olsun!

OXŞAR YAZILAR
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.