Ananaslı toyuq salatı



Ərzaqlar:



5 halqa ananas

250 q toyuq əti

1 balaca banka qarğıdalı

3 ədəd yumurta

100 q bərk sarı pendir

Mayonez

Duz


Hazırlanması:

Toyuq ətini duzlu suda bişirib soyuduqdan sonra doğrayırıq.



Pendiri sürtgəcdən keçiririk.



Ananası doğrayırıq.



Yumurtanı suda bişirib soyuduqdan sonra sürtgəcdən keçiririk.



1-ci düz qab götürüb toyuq ətini yayırıq və mayonezləyirik.



2-ci qarğıdalını yuyub qurulayıb toyuğun üstünə töküb yayırıq və mayonezləyirik.



3-cü ananası düzüb mayonezləyirik.



4-cü yumurtanı yayıb az duz səpib mayonezləyirik.



5-ci pendiri səpirik.



6-cı üstünə mayonezi yayıb ya da topa qoyub bəzəyə bilərsiniz. Zövqə görə kim necə istəsə bəzəyə bilər.



Nuş olsun!

OXŞAR YAZILAR
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
.Qarğıdalılı vineqret salatı
Ərzaqlar: 1 ədəd qırmızı çuğundur 2 ədəd kartof 2 ədəd kök 1 balaca baş qırmızı soğan 1 balaca dəstə cəfəri 1 ədəd balaca banka qarğıdalı 5 x.q
.Kahı ilə qarğıdalılı xiyarlı salat
Ərzaqlar: 1 ədəd kahı 1 banka qarğıdalı 2 ədəd tər xiyar Duz Istiot Mayonez Hazırlanması: Xiyarı yuyub xırda doğrayırıq. Kahını təmizləyi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
ana (02 yanvar 2016 15:44)
superdi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.