Ananas salatı



Ərzaqlar:



5 halqa ananas

250 q toyuq əti

3 ədəd yumurta

3 ədəd kartof

1 dəstə göy soğan

Mayonez

Duz

Qoz ləpəsi


Hazırlanması:

Toyuq ətini duzlu suda bişirib soyuduqdan sonra doğrayırıq.



Ananası doğrayırıq.



Yumurtanı suda bişirib soyuduqdan sonra sürtgəcdən keçiririk.



Kartofu suda bişirib qabğını soyub sürtgəcin gözündən keçirdirik.



1-ci düz qab götürübkartofun yarısını qaba yayırıq duz səpib mayonezləyirik.



2-ci toyuğun yarısını töküb yayırıq və mayonezləyirik.



3-cü yumurtanın yarısını yayıb az duz səpib mayonezləyirik



4-cü ananası düzüb mayonezləyirik.



5-ci qalan yumurtanı səpib düz töküb mayonezləyirik.



6-cı qalan toyuq ətini yayıb mayonezləyirik.



7-ci qalan kartofu yayıb duz səpib mayonezləyirik.



Təmizlənib yuyulmuş soğanı arxa hissəyə taxıb üstünü qoz ləpəsi ilə bəzəyirik.



Nuş olsun!

OXŞAR YAZILAR
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
.Qarğıdalılı vineqret salatı
Ərzaqlar: 1 ədəd qırmızı çuğundur 2 ədəd kartof 2 ədəd kök 1 balaca baş qırmızı soğan 1 balaca dəstə cəfəri 1 ədəd balaca banka qarğıdalı 5 x.q
.Kahı ilə qarğıdalılı xiyarlı salat
Ərzaqlar: 1 ədəd kahı 1 banka qarğıdalı 2 ədəd tər xiyar Duz Istiot Mayonez Hazırlanması: Xiyarı yuyub xırda doğrayırıq. Kahını təmizləyi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
2 Deli (14 iyun 2016 15:51)
bunun uzerine qoz yox findiq ve ya sabalid qoymaq olar?
selime (12 oktyabr 2015 14:19)
Bilmez isteyirem ananas konservlewdirilmiwdi?
gunelafer (09 oktyabr 2015 15:25)
super
gunay (04 oktyabr 2015 20:20)
cox sagolun nus olsun
lale (04 oktyabr 2015 20:19)
cokguzeller
gul (06 iyun 2015 12:11)
gorunusu cox gozeldir
gul (06 iyun 2015 12:08)
gorunusu cox gozeldir
gul (06 iyun 2015 12:08)
gorunusu cox gozeldir
Reseptaz (10 yanvar 2015 17:29)
Çox sağ olun . Nuş olsun.
gulzar (10 yanvar 2015 01:34)
bayramda hazırlamışdım.çox dadlı idi.görkəminə söz ola bilməz.təşəkkürlər resept.az :)

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.