Almalı toyuq salatı



Ərzaqlar:



1 ədəd alma

100 q toyuğun döş əti

1 ədəd kök

2 ədəd yumurta

3-4 x.q mayonez

Duz


Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra nazik liflərə bölürük.
Kökü və yumurtanı suda bişirib soyuduqdan sonra təmizləyirik. Almayı yuyub qabığını soyuruq. Almanı, kökü və yumurtanı isə ağını sarısından ayırıb hər ikisini sürtgəcin böyük gözündən keçiririk.



Düz qab götürüb 1-ci toyuq ətini töküb yayırıq və mayonezləyirik.



2-ci kökü töküb az duz səpib mayonezləyirik.



3-cü almanı töküb az duz səpib mayonezləyirik.



4-cü yumurtanın sarısını töküb az duzlayıb mayonezləyirik.



5-ci yumurta ağını tökürük və yanlarına da düzəliş veririk. Az duz səpirik.



Zövqə görə bəzəyirik. 1 saat soyuducuda qaldıqdan sonra süfrəyə verə bilərsinz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
.Qarğıdalılı vineqret salatı
Ərzaqlar: 1 ədəd qırmızı çuğundur 2 ədəd kartof 2 ədəd kök 1 balaca baş qırmızı soğan 1 balaca dəstə cəfəri 1 ədəd balaca banka qarğıdalı 5 x.q
.Kahı ilə qarğıdalılı xiyarlı salat
Ərzaqlar: 1 ədəd kahı 1 banka qarğıdalı 2 ədəd tər xiyar Duz Istiot Mayonez Hazırlanması: Xiyarı yuyub xırda doğrayırıq. Kahını təmizləyi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (21 mart 2014 21:02)
salam. Təşəkkür edirik.Nuş olsun.
Archi (21 fevral 2014 10:35)
Çox dadlı, yüngül və tez başa gələn salatdı... Hər şeyə görə sağ olun, dadımıza yetirsiniz bu reseptlərlə...
Reseptaz (16 fevral 2014 22:19)
Çox sağ olun.
kemale samaxili (30 oktyabr 2013 22:29)
cox asandi.tesekkurler
Reseptaz (30 oktyabr 2013 11:17)
cox sag olun..
jale (30 oktyabr 2013 00:31)
choox gozeldi tewekkurler.isiniz her zaman davamli olsun Amin
leyla (29 oktyabr 2013 22:43)
almali salat menlik deyil

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.