Alma piroqu



Ərzaqlar:

Xəmir üçün:



4,5 st un

200 q kərə yağı

2/3 st şəkər tozu

5 yumurta

1 paket qabartma tozu (5 q)

İçlik üçün:

5 ədəd alma

Üstü üçün:

400 q xama

1 paket vanil (5q)

2/3 st şəkər tozu


Hazırlanması:

Unu ələdikdən sonra yumşalmış kərə yağı ilə ovuruq.



Şəkər tozunu qarışığa əlavə edib qarışdırırıq.



Yumurtanı əlavə edib qarışdırırıq.



Qabartma tozunu da əlavə edib xəmiri əlimizlə yoğururuq.



30x20 ölçülü qab götürüb kağız səririk (ya da qabı kərə yağı ilə hər tərəfini yağlayırıq).

Xəmiri 1 sm qalınlıqda qaba yayırıq. Kənarlarını da 1 sm hündürlükdə düzəldirik.



Almaları yuduqdan sonra qabığını soyub xırda doğrayırıq.



Doğradığımız almanı xəmirin üstünə bərabər tökürük.



Xama ilə vanil və şəkər tozunu qaşıqla yaxşı çalırıq.



Çaldığımız xamanı almanın üstündən töküb yayırıq.



170 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.



Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.





Nuş olsun!


OXŞAR YAZILAR
.Kakoslu paxlava
Ərzaqlar: Xəmir üçün: 1/2 st süd 1/2 st qatıq 1/2 st duru yağ 1 ədəd yumurta 1 paket qabartma tozu 1/3 ç.q duz 4 st un (aparanad
.Xamalı limonlu keks
Ərzaqlar: 100 q kərə yağı 200 q xama 3 ədəd yumurta 1 st şəkər tozu 1 paket qabartma tozu 1 ədəd limon qabığı 3 st un Şirəsi üçü
.Kişmişli qozlu piroq
Ərzaqlar: Xəmir üçün: 200 q xama 200 q kərə yağı 1 paket qabartma tozu 1/2 paket vanil 3 st un İç üçün: 1 st qoz ləpəsi 1 st
.Zebra keksi - 3
Ərzaqlar: 3- 3, 5 st un 2 st şəkər tozu 2 ədəd yumurta (böyük) 1 st duru yağ 1 st süd 2 x.q kakao 1 paket qabartma tozu 1 paket
.Meyvəli badamlı piroq
Ərzaqlar: Xəmir üçün: 1/2 st şəkər tozu 100 q kərə yağı 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 2,5 st un Ovuntu üçün
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (27 iyul 2014 07:15)
cox sag olun
nilay (27 iyul 2014 07:05)
Gozel gorunuwu var.resept az saytina tewekkurler
Reseptaz (30 noyabr 2013 14:20)
Jale xanim, xemiri normal olur, uzeri ise yumsaq olur, amma ister istemez catlayir..
jale (29 noyabr 2013 20:30)
biwende berk olur yoxsa yumuwaq?wekilde bir az ele bil berkdir.


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.