Alma cemli piroq



Ərzaqlar:



2 ədəd yumurta

3 st un

200 q kərə yağı

1 st şəkər tozu

1/2 paket vanil (5 q)

1 paket qabartma tozu (10q)

200-250 q alma çemi

Zövrə görə içinə tökmək üçün:

Qoz ləpəsi

Zövqə görə üstü üçün: şəkər kirşanı


Hazırlanması:

Yağı əridirik.



Yağ ilıq olanda şəkər tozunu əlavə edib qaşıqla qarışdırırıq.



Yumurtanı əlavə edib qaşıqla qarışdırırıq.



Vanili və qabartma tozunu töküb qaşıqla qarışdırırıq.



Unu əlavə edib qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.



Xəmirin 1/3 hissəsini soyuducunun buzxanasında 1 saat saxlayırıq.



Qalan xəmiri qaba yayırıq. (Qabın diametri 26 sm)



Cemi yayırıq. Zövqə görə istəsəniz üstünə qoz doğrayıb tökə bilərsiniz.



Soyuducudan xəmiri cıxardıb sürtgəcin böyük gözündən kecirib üstünə səpirik.



200 dərəcədə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.



Piroq soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz. Zövqə görə üstünə şəkər kirşanı səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Tez hazırlanan tort
Ərzaqlar: Barmaq qurabiyə 1 x.q kakao 3-4 x.q doğranmış qoz ləpəsi Zövqə görə istədiyiniz meyvə və giləmeyvələr. Krem üçün: 250 q kr
.Güllac
Türk mətbəxi Ərzaqlar: 5 ədəd güllac 1 st şəkər tozu 4 st süd 1 x.q gül suyu ya da 1/2 ç.q vanil Qoz ləpəsi ya da antep fısdığı H
.Yağlı xəmirdən fındıq kremli pirojna
Ərzaqlar: 10 ədəd yağlı xəmir(10x10 sm) Fındıq kremi Üz üçün: 1 yumurta sarısı 1 x.q şəkər kirşanı Hazırlanması: Xəmiri soyuduc
.Paytaxt keksi
Ərzaqlar: 3 ədəd yumurta 175 q kərə yağı 3/4 st şəkər tozu 1,5 st un 1 st qara tumsuz kişmiş 1 paket vanil 1 paket qabartma tozu
.Kiçik qablarda albalılı qozlu piroq
Ərzaqlar: 200-250 q albalı 2/3 st un 50 q kərə yağı 1/2 st şəkər tozu(2 x.q üstü üçün) 50 q qovrulmuş qoz ya da badam ləpəsi Hazırla
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (07 fevral 2014 20:38)
nush olsun.
Firuza (06 fevral 2014 22:59)
Size coxx tewekkur edirem. Men bunu sizden oyrendim ve defelerle etmishem. Her kesde coxx beyenib. Coxx dadli piroqdu. Bir daha tewkkurler
Farida (17 yanvar 2014 16:10)
mən bu piroqu nə qər vaxt idi axtarırdım. təşəkkür resept.az
Reseptaz (16 dekabr 2013 09:29)
salam, 1 saat sonra edirik..
nata (13 dekabr 2013 15:41)
xemirin 3...1 hissesi soyuducuda qalarken yerde qalan xemiri ele o anda cemleyirik yoxsa onuda 1saatdan sonra qaba yigiriq?
Reseptaz (07 noyabr 2013 16:07)
tesekkurler
konul (07 noyabr 2013 15:51)
tesekkurler
Vusale Aliyeva (24 oktyabr 2013 13:48)
men cox beyendim bu ricepti saqolun



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.