Albalılı plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



5 st uzun düyü

1 k.q qoyun əti

4 xq əridilmiş kərə yağı

3 ədəd baş soğan

1 st tumu çixarilmiş albalı

1/5 c.q darçın

Duz

Istiot

Qazmaq üçün

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra ilıq suda qoyuruq.

Albalının tumunu çıxardırıq.



Əti xırda hissələrə böldükdən sonra yuyuruq.Üstünə su əlavə edib hazır olana qədər bişiririk. Əvvəl suyu qaynamağa başlayanda kəfini yığırıq. Bişməyə yaxın duz tökürük. Soğanın qabığını soyub yuyub dörd yerə bölüb nazik doğrayırıq.



Soğanın üstünə yağ və duz töküb qızılı rəngdə olana qədər qızardırıq.



Qızardılmış soğanın üstünə bişmiş əti töküb 5-10 dəqiqə qovururuq. Üstünə duz, istiot və darçın səpirik.



Albalının yarısını əlavə edib 10-15 dəqiqə vam odda bişiririk.



Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk.Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın.Düyü tam bişməmiş onu süzmək istəyəndə qalan çilası əlavə edib qarışdırıb süzürük.



Qazmağı hazırlayırıq. Qatıq ilə yumurtanı çalırıq.



Qazana az yağ töküb əridirik.



Bişmiş düyüdən az töküb qatıq qarışığı əlavə edib, qazanın dibinə 1 sm qalınlıqda yayıb tarazlayırıq. Qazmağa gilasları tökmürük.



Düyüdən az tökürük.



Qovurduğumuz albalılı əti tökürük.



Qalan düyünü ətin üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq. Aş 1 saata dəm alacaq. Düyüyə zövqə görə istəsəniz zirə tökə bilərsiniz.



Aşı süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə ət qovurması, qazmaq qoyulur və yağ tökülür.



Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (25 iyun 2015 14:24)
salam, dondurmada saxlanilanlardan da eyni sekilde gozel as alinir.
Nurla a (26 may 2015 21:01)
Cox gozle gorsenir ama bir sey sorusum bu albali dondurmada saxlanilim bele gorsenir yoxsa teze teze cixanlardandi?xaiw edirem sualima cavab verin
Reseptaz (26 may 2015 15:03)
tesekkurler..sag olun.
Aytən (26 may 2015 13:41)
Bu çox dadlı plovdur.Sağ olun belə resepti bizimlə paylaşırsınız.Resept aza. təşəkkürlər.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.